Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-10-2015, 20:33)
İlhamə Quliyevanı öldürmək istəyən köməkçisi saxlanılıb - İDDİA

Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova Bəyləqızının bu gün şübhəli şəxs qismində saxlanıldığı iddia edilir. Bu barədə Lent.az-a xalq artistinə yaxın şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, M.Hüseynovanı polis bölməsinə aparılıb.

 

Məsələyə İ.Quliyevanın vəkili Elmira Məmmədova da münasibət bildirib: “Mehriban Hüseynova Bəylərqızının etdiyi ölümə suyu qəsdir. Onu şübhəli şəxs qismində saxlaya bilərlər. Amma həbs olunması uzun bir prosesdir”.

 

Xəbəri dəqiqləşdirmək üçün DİN mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

 

Xatırladaq ki, İ.Quliyeva oktyabrın 17-i Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransı zamanı keçmiş köməkçisi M.Xanlarova barəsində bu iddiaları irəli sürmüşdü: “Mehriban Hüseynova il yarımdır mənim evimdə çox xoşagəlməz işlər görüb. Mənim oğlumun dostu ilə dil tapıb və ona deyib ki, mənə zəhər tap, İlhaməni zəhərləmək istəyirəm. Oğlumun dostu isə bunun bütün danışıqlarını lentə alıb. Deyib ki, xeyir ola, bu niyə məndən yaxşı yaşayır? Bu adam mənə huşumu itirəcək dərmanlar hazırlayıbmış. Soyuducuda mənə verəcəyi dərmanları tapıb, polislərə təqdim etmişəm. Oğlumun dostu bunun etdiklərini görüb, mənə dedi ki, İlhamə xanım, evə kamera qoy. Mən də dedim, niyə? Dedi, sözdür də deyirəm. Onun sözündən sonra kamera qoydum. Evimdən pul oğurlayıb, saxta vəsiyyətnamə düzəltdirib. Onun məndə bir neçə səs yazısı var. Səsyazmalarında bildirib ki, İlhaməni öldürüb, var dövlətini ələ keçirəcəm. Bu qadını oktyabrın 5-də evimdən qovmuşam. Oktyabrın 7-də isə ona dedim ki, gəl, səni bağışlayıram. O da evə gəldi, evdə də polislər onu gözləyirdi. Gələn kimi, onlar Mehribanı tutub apardılar. Aparandan sonra, sən demə, onu buraxıblar. Necə olub ki, o, indi azadlıqdadır? Mənim ona heç nə etmək fikrim yox idi. Amma o məni şantaj etdiyinə görə bu işin axırına qədər gedəcəyimə söz verdim”.

Xalq artisti daha sonra açıqlamasında bildirmişdi ki, M.Hüseynovanın yaxın adamları onlara hücum ediblər: ”Bunu işdən çıxardandan sonra ailəmizlə birgə getdim Mirmövsüm Ağa Ziyarətgahında qurban kəsdim ki, şükür, bundan canım qurtardı. Elə bağda yedik, dincəldik. Daha sonra gecə evə gedəndə uşaqlara dedim ki, maşını sürün onların məhəlləsinə. Getdik onların məhəlləsinə. Tennis Akademiyasının yanındadır evləri. Evlərinin qarşısında 99 cj 832 dövlət nömrə nişanlı ağ "Chevrolet" maşında Xatirə adlı rəfiqəsiylə qarşıma çıxdılar. Biz onları saxladıq ki, onu maşından düşürək. Ancaq səs-küy salıb bütün insanları ora yığdılar. Bu məqamda Mehribanın həyat yoldaşı olduğu deyilən Tofiq adlı bir şəxs üstümüzə hücum çəkdi. Dedim sənin şərəfsiz arvadın həbsxanada olmalıdır, o burada nə gəzir? Dedi ki, mən buraxdırmışam. Ardınca 90 zs 433 dövlət nömrə nişanlı qara "Ford" markalı avtomobili üstümüzə sürdülər. Həmin maşın da onlardan idi. Mehriban həmişə deyirdi ki, Tofiq heç vaxt heç yerdə işləməyib, alfonsdur. Ailəmin üstünə hücum çəkirdilər ki, hüquq-mühafizə orqanlarındanıq. Məni görən kimi maşınlara minib qaçdılar”. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024