Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (1-10-2015, 15:11)
İlhamə Quliyeva: “Bəli, Moskva Universitetində oxuduğumu yalan dedim”

“Universitetin adını açıqlamayacam, çünki paxıl, kölgəmdə gəzən insanlar çoxdur”

Xalq artisti İlhamə Quliyeva Moskva Dövlət Universitetində təhsil almadığını etiraf edib.

Mediatv.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a danışan xalq artisti bilərəkdən yalan informasiya verdiyini etiraf edib:

 

“Bəli, mən Moskavda, həmin universitetdə təhsil almıram, oranın tələbəsi deyiləm. Mən Rusiyanın başqa şəhərində, başqa universitetində qiyabi olaraq hüquqşünaslığı oxuyuram. İki ildən sonra həmin universiteti bitirəcəm və buna görə təqdimat mərasimi keçirib hər kəsə hüququşünas olduğumu sübut edəcəm”.
Xalq artisti oxuduğu universitetin adını açıqlamaq istəməyib: “Hələ ki, sizləri nigaran qoyacam. Diplomumu alım, təqdimatımı keçirib  məsələ barəsində tam açıqlama verəcəm”.
İlhamə Quliyeva mətbuata yalan informasiya verməsinin səbəblərindən də danışıb: “Bu yolla mən düşmənimi bir daha özümə sübut etmək istədim. Hətta fikir versəz görərsiz ki, mən bu barədə danışanda gülümsəyib, göz vurmuşdum. O zaman mənim yanımda köməkçim Mehriban xanım da var idi. Ona dedim, “bax indi nə bazarlar, nə danışıqlar olacaq”. 
Mən böyük şəxsiyyətəm, həm sənətimdə, həm də həyatda. Bilirsiz ki, sənət aləmində mənim varlığımı qəbul edə bilməyən adamlar var. Mən heç onlara adam da demirəm, onlar mənim üçün ünsürdür.
Zaman gələcək o kəslər mənim qarşımda diz çökəcək və çökürlər də”. 
Xalq artisti Moskva Universitetində təhsil almadığını araşdıran şəxsləri də hədələyib: “Bu işi qurdalayana deyirəm ki, ay get ağlını başına yığ, mən bilirəm axı sən kimsən və kimə sifariş verdiyindən də xəbərdaram!”
Xatırladaq ki, bu günlərdə xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı. Bununla bağlı olaraq Lent.az-ın əməkdaşları qeyd edilən universitetin mətbuat xidmətiylə əlaqə saxlayıb.  Universitetin hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukovanın veridyi açıqlamaya görə fakültənin nə əyani, nə də qiyabi şöbəsində  İlhamə Quliyeva adlı tələbə təhsil almır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024