Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-10-2015, 13:26)
Ziya Məmmədov Cavid Qurbanova qarşı hücuma keçdi - "Dəmiryol" şefi qovulan şəxsləri işə götürməkdə ittiham olundu

cavid-qurbanov-1.jpg

Son günlər Nəqliyyat naziri Ziya Məmmədovun adıyla birbaşa və dolayısıyla bağlana biləcək hadisələrin intensivləşməsi bu mövzuda mediada da xəbər və şərhlərin artmasına rəvac verib.

Mediatv.az-ın məlumatına görə, ancaq ard-arda baş verən bu hadisələr fonunda yazılarda xüsusən Nəqliyyat nazirininin hakimiyyətin gözündən düşdüyü və vəzifəsindən uzaqlaşdırılacağı tezisinin qabardılması, deyəsən, Ziya Məmmədova yaxın şəxsləri əməlli-başlı narahat edib. İş o yerə çatıb ki, əgər bir neçə gün əvvəl müxtəlif şəxslər və yollar vasitəsi ilə Ziya Məmmədovla bağlı informasiyaların ilkin qaynağının öyrənilməsinə və yazıların yayılmasının qarşısının alınmasına ciddi səylər göstərilirdisə, bu cəhdlərin səmərə verməyəcəyini anladıqdan sonra, mediada açıq-aşkar əks-hücuma keçiblər.

Dünən ölkə saytlarında Ziya  Məmmədovun müdafiəsi məqsədiylə yazılmış və yayılmasına çalışılmış yazıların birində açıqca vurğulanıb ki, Nəqliyyat nazirinə qarşı mediada məqsədli kampaniya aparılır və bu kampaniyanın da sifarişçisi “Dövlət Dəmir Yolları” QSC-nin yeni rəhbəri Cavid Qurbanovdur.

Qeyd edək ki, məhz Ziya Məmmədova yaxın saytların həvəslə tirajladığı sözügedən yazının girişində Nəqliyyat nazirinin “xala, xətrin qalmasın” formasında primitiv “müdafiəsi”ndən sonra qəfildən Cavid Qurbanovun adı üzərində dayanılır, sifarişçi qismində də məhz “Dövlət Dəmir Yolları” QSC-nin rəhbərliyi təqdim edilir və hədəf seçilir.

Strateq.az Ziya Məmmədovun ölkə saytlarında müdafiəsinə həsr edilmiş həmin yazının Cavid Qurbanova aid olan hissəsini olduğu kimi və şərhsiz təqdim edir:

“… Heç kəsə sirr deyil ki, Ziya Məmmədovu sevməyən, onunla bağlı mövqeyi birmənalı olmayan yüksək vəzifə tutan şəxslər var. Son vaxtlar isə bu xəbərlərdə nəqliyyat nazirinin əleyhində yazan internet portallarında eyni zamanda “Dövlət Dəmir Yolları” QSC-nin yeni patronu Cavid Qurbanovun fövqəl-piarı gedir. Dəmir yollarına aid həyata keçirilən bütün layihələrin sanki onun təşəbbüsü ilə baş tutduğu, o rəhbər olduqdan sonra yeni qatarların alındığı, yeni xətlərin tikintisinin həyata keçirildiyi tirajlanır, birbaşa onun adı ilə, onun uğuru ilə əlaqələndirilir. Ancaq xatırladaq ki, dəmir yollarına aid bu gün reallaşan bütün işlər uzun illərin, yəni Cavid Qurbanovun hələ "Azəryolservis"in rəhbəri olduğu, elə yoldaş Qurbanovun "yolçu getsin yolunu tiksin, dəmiryolçu da öz işini görsün" ifadəsi ilə desək, onun "yolçu" olduğu dövrə aiddir.  Həmçinin o da heç kəsə sirr deyil ki, Cavid Qurbanov ilə Ziya Məmmədovun arasında əsən soyuq külək indi daha da sərt əsir. "Yeni dəmiryolçu" isə mətbuat vasitəsilə köhnə müdirinə qarşı qara piarla bu küləkdə əsən tərəf olmaq niyyətindədir. Hətta Cavid Qurbanov "Azəryolservis"in şefi olduğu vaxtlar xarici investisiyalar üzrə müavini olmuş lakin işində yol verdiyi ciddi nöqsanlara və qanun pozuntusuna görə, daha dəqiq ifadə etsək maliyyə yeyintisi üstündə nazirin əmri işdən qovulmuş  Hicran Valehovu və "Azərsu"da keçmiş sədr müavini Zaman Novruzovu  “Dövlət Dəmir Yolları” QSC-də yenidən müşavir kimi işə dəvət edib. Bu şəxsləri yaxın müddətdə Cavid Qurbanovun özünə müavin təyin etməsi də gözlənilir. Xüsusilə qeyd edək ki, hər iki şəxs xüsusi maddə ilə işdən qovulublar və bu onların əmək kitabçalarında da qeyd olunub. Belə "təcrübəli" kadrları yenidən yanında görmək istəyən yoldaş Qurbanovun bu "niyyətini" anlamamaq mümkün deyil və onların "təcrübəsindən" yararlanmaq fikrindədir”.

Qeyd edək ki, məqalənin sonunda isə bir daha Ziya Məmmədovla bağlı yazılanlar “Azərbaycan dövlətinin bir qurumuna, hökumətinin işinə qarşı formalaşdırılan kampaniya" kimi qələmə verilir və Ziya Məmmədovun Heydər Əliyevə və prezident İlham Əliyevə sədaqətindən söz açılır…

Mövzunu diqqətdə saxlayacağıq.

Strateq.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024