Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-09-2015, 14:48)
Rusiya GMO ərzaq məhsulları istehsalından imtina etdi!

14382385013003461656_1000x669KİV-in məlumatına görə, Rusiya genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) ərzaq məhsulları istehsal etməyəcək. Bu barədə hökumətin qərarını baş nazirin müavini Arkadi Dvorkoviç bəyan edib (Rosbalt).

Mediatv.az-ın azpolitika.info-ya istinadən verdiyi məlumata görə, «O ki, qaldı genetik modifikasiya edilmiş orqanizmlərə, biz qərara aldıq ki, ərzaq məhsulları istehsalında onlardan imtina edək» – deyə, «RİA Novosti» Dvorkoviçdən sitat gətirir.

Xatırladaq ki, hələ 2015-ci ilin aprelində Dövlət Duması ilk oxunuşda GMO-nun qismən qadağan olunması barədə qanun layihəsi qəbul edib. Bu sənədlə Rusiya Federasiyası ərazisində GMO bitkilərin və heyvanların becərilməsi və yetişdirilməsi qismən qadağan olunur (onların ekspertiza və elmi-tədqiqat işlərində itifadəsi istisna olmaqla).

GM-orqanizmlərin insanlara və ətraf mühitə təsirinin monitorinqinin nəticələrinə əsaslanaraq, Rusiya hökuməti belə orqanizmlərin və ərzaq məhsullarının qadağan olunması hüququnu özündə saxlayır, həmin məhsulların idxalçılarının dövlət qeydiyyatına alınması qaydasını tətbiq edir.

Dvorkoviç qeyd edib ki, tələbləri heç vəchlə pozulmayacaq bu qərarla, elmi-tədqiqat işlərinin aparılması (digər ölkələrdə olduğu kimi) – o cümlədən, təbabət sahəsində – fəaliyyəti arasında dəqiq sərhədləri müəyyənləşdirmək lazımdır.

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025