Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (6-09-2014, 21:16)
Əli Bayramovun "Aqrolizinq"-dəki cinayətlərdən xəbəri olubmu?

 

Ötən saylarımızda xəbər verdiyimiz kimi, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb. Artıq Hesablama Palatasının "Aqrolizinq"dəki yoxlaması Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Yoxlamalar zamanı cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkarlayıb. "Aqrolizinq" rəhbərliyi 2011-2013-cü illərdə dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etməkdə, bir sıra maliyyə pozuntularına yol verməkdə şübhəli bilinir. Araşdırmalar əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə cinayət işi başlanıb.

Bu ittihamlar sübut olunsa, təqsirli şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Maraqlıdır ki, "Aqrolizinq" ASC-nin sədri Əli Bayramov yoxlamalardan az əvvəl öz ərizəsi ilə işdən çıxıb. "Aqrolizinq" ASC-in İdarə Heyətinin sədr müavini Aydın Əzizov iddia edib ki, Əli Bayramovun səhhətində problem varmış. Qeyd edək ki, o, hazırda İstanbulda yerləşən xəstəxanaların birində müalicə olunur. Qeyd edək ki, bu cəmiyyətdə ciddi qanun pozuntuları, büdcə pullarının mənimsənməsi barədə hələ 2010-cu ildə araşdırmalar aparılmışdı. Söhbət dövlətin milyon manatlarla pulunun xərclənməsindən gedir. Məsələn: 2004-cü ilə baxanda 2009-cu ildə taxıl üzrə məhsuldarlıq cəmi 0.1 sentner artıb. Hətta 2008-ci illə müqayisədə 2009-cu ildə bu sahədə məhsuldarlıq 4.7 faiz azalıb. Əldə etdiyimiz xəbərlərə görə, cəmiyyət alınmış texnikanı lizinqə vermək əvəzinə Aqroservis ("Aqrolizinq"in rayonlarda yaratdığı strukturlar - red.) müdirlərinə, onlar da cəmiyyətin yaratdığı mexanikləşdirilmiş dəstələrin rəhbərlərinin istifadəsinə verib, həmin şəxslər texnikanı öz təsərrüfatlarında istifadə edib, istifadə haqqının bir hissəsini ödəməyiblər. Hələ bir müddət əvvəl "Xəzər Sənaye Quraşdırma" müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən kombaynların təmirinə 52 274 manat pul köçürülüb. Sənədlərdən belə məlum olur ki, həmin müəssisə 33 rayonda 250 kombaynı cəmi üç günə təmir edib. Bu hal və təmirə dair aktların telefon məlumatları əsasında Cəmiyyətdə tərtib edilməsi onların doğruluğuna şübhələr var. MMC 2005-2009-cu illərdə Azərbaycana 100.1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyini bildirdi. Qanuna əsasən ölkəyə gətirilən mallar gömrükdən keçməlidir. Lakin Dövlət Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84.9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat yaymışdı. Belə çıxır ki, cəmiyyət rəsmi elan etdiyindən 15.2 milyon manatlıq 1996 ədəd az texnika gətirib. "Aqrolizinq" ümumilikdə son beş ildə ölkəyə 207.6 milyon manatlıq mal gətirdiyini bəyan edib. Halbuki Dövlət Gömrük Komitəsindən həmin dövrdə keçirdiyi malların dəyəri 174.5 milyon manat olub. Bəs ortadakı 33.1 milyon manat fərq niyə ortaya çıxıb? Belə çıxır ki, Əli Bayramovun "Aqrolizinq"-də baş verən cinayətlərdən xəbəri olub. Çünki ASC rəhbəri məhz yoxlamalar ərəfəsi istefa ərizəsini yazıb. Bununla bağlı qəzetimizə daxil olan bilgilərə görə, ASC rəhbərinin məhz həmin ərəfədə müalicə adıyla işdən çıxıb Türkiyəyə getməsi bir sıra səbəblərlə bağlıdır. Bildirilir ki, Əli Bayramov xaricdə olması səbəbindən hələ istintaqa ifadə verməyib. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024