Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (4-08-2015, 18:39)
“Atamı təbrik edirəm” yazdı- Aktyor isə “o qızım deyil...” dedi+Yenilənib

“Atamı təbrik edirəm” yazdı- Aktyor isə “o qızım deyil...” dedi+Yenilənib

 

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik əməkdar artist Şamil Süleymanlının qızı olduğu haqda məlumat yayıb. 

 

Qafqazinfo”nun məlumatına görə, prodüser sosial şəbəkədə Milli Kino günü münasibəti ilə aktyoru “ata” adlandıraraq təbrik edib:

“Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”. Daha sonra Mədinə axsam.az-a açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: “Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir”.

Xatırladaq ki, əməkdar artist   ötən il "5-də 5"in qonağı olarkən  yeganə övladı "Zəif Bənd" verilişinin aparıcısı Solmaz Süleymanlı olduğunu bildirmişdi.

Məsələyə aydınlıq gətirmək üçün “Qafqazinfo”nun əməkdaşı əməkdar artist Şamil Süleymanlı ilə əlaqə saxladı. Əməkdar artist məşhur prodüserin onun qızı olmadığını bildirib:

“Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona “qızım” deyirəm, onunla fəxr edirəm. O isə məni “atam” deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm”.

***

“Mən neçə illərdir ki, Şamil bəyə “ata” deyə müraciət edirəm. Mən o insanı, o insan da məni çox istəyir. Ailəvi olaraq biz yaxınıq. O insana “ata” deməyim doğma atam olması anlamına gəlmir. Mən  hər adama ata demərəm. Şamil bəyi “ata” adına layiq bilib o cür adlandırıram. Atam qədər sevirəm onu, ilk dəfə o mənə “qızım” deyib. Doğma atam deyil. İstəmirdim ki, bu söhbətin dərinliyinə gedim. Bilməzdim ki, bu söhbət hər kəsə maraqlı olacaq, yoxsa açıqlamamda atam olduğunu deməzdim. Mənim doğma atam iki yaşım olanda vəfat edib”.

Könül

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024