Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-06-2015, 10:22)
Komitə sədri qaynına görə cavabdehdir? - Rabitə...

Məlum məsələdir ki, hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir. Yəni heç kim başqasının əməlinə görə cavab vermir. Bir sözlə, məşhur “atalar oğullara görə cavab verməli deyil” məsələsi həmişə qüvvədədir. Ancaq cəmiyyətdə nüfuz sahibi olan şəxslər, ictimai-siyasi fiqurlar, dövlət məmurları həmişə cəmiyyətdə nümunə olmalı və öz yaxınları üçün ən azı mənəvi məsuliyyət daşımalıdırlar. Amma çox vaxt əksinə olur. Məmurların övladları, yaxın qohumları daha çox cəmiyyətdə mənfi reputasiya ilə yadda qalırlar. Son illər dövlət məmurlarının qayınları ilə bağlı xeyli mənfi olaylar baş verib. Bu yaxınlarda ölkə mətbuatında Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimovun dələduzluqla bağlı həbsdə olan qaynı özünü asaraq intihar etdi. Biz əlbəttə buna görə komitə sədrini ittiham etmirik, ancaq qınanılası haldır. Ki, böyük dövlət məmurunun ailə üzvü ilə bağlı belə hallar baş verir. Əslində dövlət məmurunun özü də, ailə üzvləri də cəmiyyət üçün az-çox nümunə olmalıdırlar. Nümunə olmayan məmurlardan biri də Ombudsman aparatının rəhbəri Aydın Səfixanlıdır. Onun qaynı Məmmədov Ramiz Neymət oğlu da dələduzluqda ittiham olunaraq 9 il həbs cəzası alaraq 7 il məhbus həyatı yaşayandan sonra azadlığa çıxıb. Hətta mətbuat bir neçə il əvvəl Aydın Səfixanlının özündən də yazırdı ki, onun Həzi Aslanov metrosunun üstündə olan mənzilində hadisə baş verib. Belə ki mənzildə təmir işləri aparan fəhlənin meyiti aşkar olunmuşdur. Fakta bağlı Xətai prokurorluğu araşdırma aparıb, amma nəticəsi cəmiyyətə açıqlanmadı. Digər tanınmış bir şəxs, iş adamı Nizami Piriyevin qaynı Namiq Əsədov da, aldığımız məlumata görə təxminən 10 il əvvəl “muncuq əməliyyatı”nda adı keçdiyi üçün bir neçə il axtarışda olub. Bir sözlə, bütün bunlar onu göstərir ki, məmurlar özləri necədirlərsə, yaxın çevrələri də eyni durumdadır. Bunlara görə kimsə cavabdeh deyilmi..? 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024