Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-06-2015, 11:38)
Zakir Həsənov yeni poliqonun açılışında

Müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutulan yeni təlim-atış mərkəzinin açılışını edib. Mediatv.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Z. Həsənova mərkəz haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.


Qısa müddətdə istifadəyə verilən poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.


Müdafiə nazirinə şəxsi heyətin nəzəri biliklərinin artırılması üçün lazım olan yeni nəşr edilmiş təlim-metodik ədəbiyyat təqdim olunub. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə öyrənilib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcək.

 
Müdafiə naziri ərazidəki Mərkəzi idarəetmə məntəqəsi, atış və taktiki sahə, kəşfiyyat cığırı, taktiki zolaq, digər inzibati bina və qurğularla tanış olduqdan sonra kəşfiyyat bölməsinin praktiki hazırlığını və atəş nöqtələrində yerinə yetirilən təlim çalışmalarını izləyib.


Snayper hazırlığı kursunda təlim atışlarını izləyən nazir hədəflərin hamısını dəqiqliklə məhv edən peşəkarlıq və bacarığını, tezliklə cəbhə xəttinə yollanaraq digər hərbi qulluqçularla ön xəttdə xidmət etmək istəklərini yüksək qiymətləndirib.

 

Müdafiə naziri şəxsi heyətin daha peşəkar səviyyədə hazırlanması məqsədilə təlimlərdə müasir ordularda mövcud olan ən yeni təlim üsullarının öyrənilməsi, şəraitə uyğunlaşdırılması, qoşunların döyüş hazırlığında tətbiq olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024