Sosial (11-04-2015, 11:58)
“Prezident və ailəsinin Kəbədə namaz qılıb, dualar etməsi...”
“Mədinə şəhərindəki Peyğəmbər məscidinin, Məhəmməd peyğəmbərin (s.ə.s.) məzarının ziyarət olunması, namaz qılınıb dualar edilməsi cənab Prezidentin və ailəsinin islam dəyərlərinə olan bağlılığının təzahürüdür”
Mediatv.AZ xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə verdiyi müsahibədə deyib.
M.Qurbanlı prezidentin Səudiyyə Ərəbistanı Krallığına səfərini belə şərh edib: “Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini çox mötəbər, hətta tarixi səfər kimi qiymətləndirirəm. Bu səfəri sadəcə, iki ölkə arasında əlaqələrin inkişafı prizmasından deyil, eyni zamanda, müsəlman sivilizasiyanın tərkibi olaraq ölkəmizin və onun başçısı cənab Prezidentin və ailəsinin, islam dəyərlərinə dərindən bağlı olduğunun əyani ifadəsi kimi səciyyələndirmək lazımdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi də aparılmılşdır. Kral Salman bin Əbdüləziz Əl Səudun bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının mövqeyinin heç vaxt dəyişməyəcəyini vurğulaması müsəlman ölkələri arasındakı həmrəyliyi ifadə edir”.
Eyni zamanda sədr prezident və ailəsinin Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi barədə danışıb.
“Səfər çərçivəsində Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və ailə üzvlərinin Məkkədə müqəddəs Kəbə evində ümrə ziyarətini icra etməsi, burada namaz qılması və dualar etməsi dini ictimaiyyətin xüsusi diqqətini çəkib. Prezident İlham Əliyevin nadir hallarda mümkün olan Kəbə binasının içərisinə daxil olması Azərbaycana və onun başçısına olan böyük hörmət və ehtiramın göstəricisidir.
Eyni zamanda, Mədinə şəhərindəki Peyğəmbər məscidinin, Məhəmməd peyğəmbərin (s.ə.s.) məzarının ziyarət olunması, namaz qılınıb dualar edilməsi cənab Prezidentin və ailəsinin islam dəyərlərinə olan bağlılığının təzahürüdür.
Bu səfər həm də bir mühüm həqiqəqəti də təsdiq etdi ki, bü gün Azərbaycanın islam dünyasında böyük nüfuzu var və ölkəmiz artıq müsəlman aləmində güclü rəğbət, ehtiram sahibidir”-,deyə M.Qurbanlı qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025