Cəmiyyət (27-12-2014, 10:40)
“Mehriban xanım, Allah sizə oğul nəvəsi nəsib etsin”
“Ulu öndər Heydər Əliyev həzrətlərinin adını daşıyan məscidin açıldığı bu gün mənim üçün böyük müqəddəs günlərdən biridir. Onun ruhu buradadır, Allah-Taala onun ruhunu şad etsin, inşallah!”
Bunu dekabrın 26-da Bakıda Heydər məscidinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Çıxışına dua oxumaqla başlayan şeyx bu günün çox müqəddəs olduğunu bildirib:
“Məndən əvvəlki natiqlərin çıxışları mənə çox təsir etdi. Mən bu gün Ulu Öndəri həyatımda yenidən dərk etdim. Mən elə bilirdim ki, Heydər Əliyevi dərk etmişəm. Amma illər ötdükcə görürəm ki, bu dahi insanın böyüklüyü daha ucadadır. Əgər Heydər Əliyev olmasaydı, bəlkə də bu gün müstəqil Azərbaycan da yox idi.
Möhtərəm cənab Prezident, Siz Kəbə evini yada saldınız. Biz Heydər Əliyev həzrətləri ilə birlikdə Kəbə evində namaz qılarkən Ulu Öndər ancaq xalqı, Vətəni, torpağı, şəhidlər üçün dua etdi. Möhtərəm Prezident, biz Sizinlə də Məkkədə olmuşuq. Mehriban xanım da orada idi. Siz də xalqımız, Vətənimiz, torpağımız və Qarabağ torpaqlarının tezliklə azad olunması, şəhidlərimiz üçün dua etdiniz. Siz Kəbə evində bir neçə il bundan əvvəl söz verdiniz ki, “mən məscid tikdirəcəm”. Kəbənin içində edilən dualar müstəcəb oldu və Heydər Əliyevin adına belə bir məscid tikildi. Mən inanıram, orada Qarabağ haqqında, şəhidlərimiz haqqında edilən dualar da inşallah müstəcəb olacaq. Mən buna inanıram. Çünki bu dualar Kəbə evində oxunub.
Mən Heydər Əliyev həzrətləri ilə çox görüşlərdə olmuşam, söhbət etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu-Yorkdan geri qayıdırdıq. Əlimdə “Quran” var idi, “Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev həzrətləri mənə dedi ki, “Quran”dan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir. Orada bir ayə var ki, Allah-Taala buyurur: “Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi.
Mənim bir qardaş kimi Heydər Əliyev həzrətlərini və Zərifə xanımı xatırlamadığım gün yoxdur. İnanın ki, mən hər gecə yatmazdan əvvəl anamı, atamı yada salıramsa, Heydər Əliyevi də, Zərifə xanımı da yada salıram. Allah onlara rəhmət etsin!
Mənim bu gün çıxışım başqa səpkidə idi. Bu dövrlər duaların müstəcəb olan vaxtıdır. Mən arzu edirəm ki, - keçən səfər də dedim, sizin gözəl nəvələriniz var və onları çox istəyirsiniz, - Mehriban xanım, Allah-Taala inşallah, sizə oğul nəvəsi də nəsib etsin.
Hörmətli İlham Əliyev həzrətləri, Sizin özünüzə də demişəm, hərdən elə qəti addımlar atırsınız ki, həmin addımı heç kim gözləmir. Avropa Şurasında əyləşib barmaq silkələdiniz. Onu hər adam edə bilməz. Amma Siz bunu etdiniz. Çünki Siz Heydərin oğlusunuz və buna görə də biz fəxr etməliyik. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Mən bir şeyxülislam kimi yaratdığınız bu gözəl məkanda Sizə, Azərbaycan xalqına dualar edirəm.
Mənim ürəyim doludur, çoxlu sözlərim var. Amma qəlbən, ruhən onu Sizə dualarla çatdıracağam. İnşallah mən həmişə Sizə dua edəcəyəm. Bu gün Heydər Əliyevin, Zərifə xanımın ruhu buradadır, bizi eşidirlər. Çünki ruhlar heç vaxt ölmürlər, onlar yaşayırlar. Mən istərdim ki, bütün şəhidləri yada salaq və dünyadan gedənləri, xüsusən Ulu Öndəri yada salaq və onun ruhuna, Zərifə xanımın ruhuna, bütün şəhidlərin ruhuna bir fatihə verim”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024