Sosial / Slayd (29-03-2015, 23:00)
Deputatın kadrı Mikayıl Cabbarovun əmrini geri oxutmaq istəyir - Məhkəmə
Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli təhsil naziri Mikayıl Cabbarovu məhkəməyə verib.
Strateq.az-a daxil olan məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının keçmiş direktoru Tovuz Eminli nazir Mikayıl Cabbarovun 03.06.2013-cü il tarixli 11/491 nömrəli əmri ilə vəzifədən azad edilməsinin qanunsuz sayır:
«Sabiq direktorun «işdən azad olunma barədə əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələblərindən bəhs edən iddia ərizəsinə Nərimanov rayon Məhkəməsində baxılıb. Lakin nə rayon, nə də Bakı Apellyasiya Məhkəməsi Tovuz Eminlinin iddia tələblərini təmin etməyib. Bir neçə ay əvvəl isə Ali Məhkəmə aşağı məhkəmə instansiyasının qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıb».
Məlumata görə, Tovuz Eminlinin şikayətinə aprel ayının 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin sədrliyi ilə baxılacaq.
Onu da qeyd edək ki, Mikayıl Cabbarov Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru Tovuz Eminlinin vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verməkdə ittiham edərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndinə əsasən vəzifədən azad edib.
Məlumatda Tovuz Eminlinin Müəllimlər institutunun direktoru, deputat Aqiyə Naxçıvanlı ilə yaxın rəfiqə olduğu da bildirilir. Görünür, deputat rəfiqəsini nazirin qəzəbindən qoruya bilməyib.