Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 09:21)
Azərbaycanda avtomobil alıcıları aldadılıb: "VoltLine MMC-nin fırıldaqçılığı ortaya çıxdı"

         
Azərbaycanda avtomobil alıcıları aldadılıb: "VoltLine MMC-nin fırıldaqçılığı ortaya çıxdı"
2024-cü ilin iyul-avqust aylarında bir qrup vətəndaş Çin Xalq Respublikasından avtomobil sifariş etmək üçün Bakı şəhəri, Yasamal rayonunda rəsmi fəaliyyət göstərən VoltLine MMC (VÖEN 1308324761) şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, sifarişçilər avtomobilin daşınma xərclərini ofisdə nağd şəkildə ödəyib, avtomobilin əsas dəyərini isə Ceyhun Sadıqov Oqtay oğlu və Elxan Məhərrəmov Mənsur oğlu vasitəsilə Çin bank hesablarına köçürüblər.

Lakin müqavilədə göstərilən çatdırılma müddəti 8 aydan çox keçməsinə baxmayaraq, alıcılar nə avtomobillərini ala bilib, nə də ödədikləri pullar geri qaytarılıb. Vətəndaşlara davamlı olaraq müxtəlif bəhanələrlə yalan vədlər verilib və onların haqları tapdanıb.

Araşdırmalar zamanı məlum olub ki, VoltLine MMC-nin məsul şəxsləri vətəndaşlardan aldıqları məbləğləri mənimsəyərək Çin tərəfinə ödəməyiblər. Nəticədə, sifariş edilən avtomobillər sərhəddə girov saxlanılıb və onların Azərbaycana gətirilməsinə icazə verilmir.

Daha da düşündürücü məqam isə odur ki, Ceyhun Sadıqov alıcıların daşınma üçün verdiyi pulları ofisdə nağd qəbul etməsinə baxmayaraq, indi məsuliyyətdən boyun qaçıraraq "Bu problemin mənə aidiyyəti yoxdur" deyir və alıcılarla əlaqəni kəsib. Şirkətin digər məsul şəxsləri də məsələni həll etmək əvəzinə alıcıları süründürməklə məşğuldur.

Bundan əlavə, əldə edilən məlumata görə, VoltLine MMC-nin rəhbər şəxsləri hazırda yeni bir şirkət - "Voltline Park" (AutoPark VLT, VÖEN 1309015201) adı ilə fəaliyyətə başlayıb və eyni fırıldaqçılıq sxemini davam etdirirlər. Onlar artıq 20-dən çox avtomobili Çində girov qoyaraq, vətəndaşlardan aldadıqları pullarla yeni qurbanlar tapmağa çalışırlar.

Zərərçəkmiş vətəndaşlar hüquq-mühafizə orqanlarından və aidiyyəti qurumlardan məsələni araşdırmağı, dələduzların cəzalandırılmasını və haqlarının bərpa olunmasını tələb edirlər.

Bu hadisə bir daha göstərir ki, xaricdən avtomobil sifariş edərkən mütləq etibarlı şirkətlərlə işləmək, bütün ödənişləri rəsmi qaydada aparmaq və müqavilənin detalları ilə tam tanış olmaq vacibdir.

Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
bakunews.az
шаблоны для dle 11.2

Xəbər lenti
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025