Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-03-2025, 19:08)
Qanda şəkəri tez azaldan

          
Qanda şəkəri tez azaldan
Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün qan şəkərinin səviyyəsinə nəzarət sağlamlığın qorunmasında həlledici rol oynayır. Bəzi məhsullar qan şəkərinin səviyyəsini müvəqqəti olaraq azalda və ümumi vəziyyəti yaxşılaşdıra bilər. Lakin unutmamaq lazımdır ki, düzgün qidalanma müalicəni əvəz etmir, sadəcə onu tamamlayır.SoğanSoğan – istər çiy, istər bişmiş formada – qan şəkərinin səviyyəsini effektiv şəkildə azalda bilər. O, orqanizmdə artıq qlükozanın miqdarını azaltmağa kömək edən allisin maddəsi ilə zəngindir.AvokadoAvokado tərkibində faydalı təkli doymamış yağlar saxlayır və aşağı qlikiemik indeksə malikdir. Bu məhsul qan şəkərinin səviyyəsini tənzimləməyə və metabolik sindromun qarşısını almağa kömək edir.BalıqOmeqa-3 yağ turşuları ilə zəngin olan balıq və dəniz məhsulları insulinə qarşı hüceyrə həssaslığını artıran adipopektin hormonunun istehsalını stimullaşdırır. Qan şəkərinə optimal nəzarət üçün yağlı və dəniz balıqlarının qəbulu tövsiyə olunur.GiləmeyvələrAlbalı, moruq, böyürtkən kimi giləmeyvələrin müntəzəm qəbulu orqanizmdə qlükoza mübadiləsini yaxşılaşdırır. Bu giləmeyvələr hüceyrələrin insulinə qarşı həssaslığını artırır və qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir.Qoz-fındıqMəsələn, badam, yerfındığı və fındıq vitamin və liflərlə zəngindir, bu da qan şəkərinin səviyyəsinə nəzarətə kömək edir. Bu məhsulların qlikiemik indeksi aşağıdır və şəkər yüksəlişlərinin qarşısını almaq üçün yeməkdən sonra qəbul edilmələri tövsiyə olunur. Diabet xəstələri üçün gündəlik qoz-fındıq norması 40 qramı keçməməlidir. Bu miqdarı aşmaq məsləhət görülmür.Tam taxıl məhsullarıTam taxıllı məhsullar diabetli insanlar üçün əla karbohidrat mənbəyidir. Onlar yavaş həzm olunur və bu da qan şəkərinin səviyyəsinin sabit qalmasına kömək edir. Qlükozanı azaltmaq üçün tam yulafı rasiona daxil etmək faydalıdır. Həmçinin yeməkdən əvvəl bir qaşıq kəpək qəbul etmək şəkərin kəskin yüksəlişinin qarşısını ala bilər.Balqabaq tumlarıBalqabaq və onun tumları qan şəkərinə nəzarət üçün faydalıdır. Bəzi ölkələrdə balqabaq ənənəvi olaraq diabet zamanı əlavə qida vasitəsi kimi istifadə olunur. Balqabaq tumları da qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.YumurtaYumurta diabet xəstələri üçün faydalıdır, çünki çoxlu zülal, faydalı yağlar və minerallar ehtiva edir. Araşdırmalar göstərir ki, bir qaynadılmış yumurta qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. (lent.az)
шаблоны для dle 11.2

Xəbər lenti
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025