Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 15:12)
Hafiz Həsənova da ittiham elan olundu - MƏHKƏMƏ MƏŞHUR VƏKİL BARƏSİNDƏ QƏRAR VERDİ

 “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri, tanınmış vəkil Hafiz Həsənov da Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb.
 
Gununsesi.info bildirir ki, ona  Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
H.Həsənov martın 14-də daha 3 təşkilat rəhbəri ilə birlikdə saxlansa da, həmin gün axşam saatlarında buraxılmışdı. O, sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edilib. H.Həsənov rəhbərlik etdiyi “LD Konsaltinq” MMC vasitəsilə donor təşkilatlardan layihə üçün aldığı maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə suçlandırılır.
 
Martın 14-də eyni cinayət işi üzrə Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da həbs olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların hər biri haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Martın 19-da həbs qərarından apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.
 
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
 
Adları çəkilən vətəndaş cəmiyyəti fəalları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
 
Martın 14-də digər təşkilat rəhbərləriylə yanaşı, media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev də saxlansa da, həmin gün axşam sərbəst buraxılıb.
 
Gununsesi.infoшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025
20 03 2025