Sosial / Slayd (20-03-2015, 00:25)
Qaraşovun milyonluq mülklərinin siyahısı - Bu hələ harasıdır...
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşov vəzifədən kənarlaşdırılandan sonra bir müddət passiv mövqeyə çəkilsə də, yenidən güdəmi zəbt etmək qərarına gəlib.
Ölkədə siyasi proseslərin fərqli məcraya yönəlməsi onu kölgədən çıxmağa sövq edib. Vəzifədə olduğu müddətdə daşınmaz əmlakla bağlı prosesləri ən yüksək səviyyədə rüşvət və korrupsiya qarşılığında həll edən A.Qaraşovun milyonlarla varidata sahib olması üzə çıxmaqdadır.
Belə ki, keçmiş xidmət rəisi vəzifə dövründə qazandığı milyonları özünə yaxın ayrı-ayrı şəxslərin adına biznes strukturları, xidmət müəssisələri, klinika və bu kimi müxtəlif sektorlara yatırımlar edib.Arif Qaraşovun varidatı ilə bağlı məlumatlar ictimailəşdikcə, keçmiş xidmət rəisi mal-varlığının əhəmiyyətli hissəsini ölkədən kənara çıxarmağa müvəffəq olub.
Xaricə çıxarılan milyonlar
"Unikal"ın apardığı araşdırmanın nəticələrinə görə, Arif Qaraşovun Azərbaycanda qanunsuz yollarla qazandığı milyonlarla pulla qeyri-rəsmi sahibi olduğu "Caspian servis" şirkətinin xətti ilə əsasən Türkiyədə, bir sıra Avropa ölkələrində, Rusiyada biznes qurumları formalaşdırıb. Çünki vəzifədə olduğu müddətdə əldə etdiyi qara pulları ölkə daxilində yuyulmasının təhlükəli olduğunu anlayıb və bu səbəbdən də müxtəlif vasitələrlə milynolarını kənara çıxarıb. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşov ölkədən kənara çıxardığı pullarını əsasən tikinti və turizm sektoruna yatırıb.
Hazırda onun Türkiyədə böyük bir hoteli fəaliyyət göstərir. Hesablamalara görə, bu dəqiqə həmin hotelin qiyməti 30-40 milyon arasında dəyişir. Eləcə də xidmət rəisinin yaxın adamları Türkiyədə tikinti sektoruna daxil olmaqla önəmli layihələri icra etməyə başlayıb. Demək olar ki, hər il təkcə Türkiyədən A.Qaraşov 5-10 milyon arasında vəsait əldə edir.
Vergidən yayınma,
vətəndaşları aldatmaya görə məhkəmə çəkişməsi
"Unikal"ı məlumatlandıran mənbə onu da nəzərə çatdırıb ki, A.Qaraşov ölkə daxilində də böyük biznes qrumlarına, tikinti şirkətlərinə, klinika və digər obyektlərə sahibdir. Ancaq onun ölkə daxilindəki fəaliyyətində də qanunsuzluqlar baş alıb gedir. Hətta bununla bağlı məhkəmə çəkişmələri də olub. Bir müddət öncə ictimailəşən bu məsələnin hələ də davam etdiyi söylənilir. Öncə verilən məlumatda bildirilirdi ki, təxminən 11-12 il əvvəl qudası Aydın Cəfərovla birgə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında və digər ərazilərdə hündürmərtəbəli bina tikintisi üçün yer alan Qaraşov vaxtında tikinti apara bilmədiyindən vergi və digər problemlərlə qarşılaşıb: "Arif Qaraşov və qudası Aydın Cəfərov müxtəlif adla MMC-lər qeydiyyatdan keçirməklə həm rəqiblərini, həm də vergi və digər qurumların diqqətindən yayınmaq istəsələr də, buna nail ola bilməyiblər: "Aydın Qaraşov 2003-cü ildən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin ətrafında çox böyük əraziləri alıb. Həmin ərazilərdə yaşayan əhalinin köçürülməsində ciddi sıxıntılarla üzləşən Arif Qaraşov və adamlarının basqıları isə ərazidə ciddi qalmaqallar yaratdığından tikinti işləri demək olar ki, nəzərdə tutulan vaxtda aparılmadı. Bu isə Bakı şəhər İcra Hakimiyyətinin ayrı-ayrı MMC-lərin adına verdiyi sərəncamların həm də hüquqi qüvvədən düşməsi deməkdir. Lakin Arif Qaraşov keçmiş əlaqələrindən istifadə edərək, bu problemi önləsə də, alınmış torpaq sahələrinə görə torpaq və icarə haqlarını vaxtında ödəmədiyindən vergi orqanları tərəfindən də sıxışdırılmağa başlayıb. Artıq ona bağlı olan bir neçə tikinti şirkətinə qarşı vergi sanksiyası tətbiq edilib.Arif Qaraşov isə vergi orqanları ilə anlaşa bilmədiyindən, MMC-lərin simasında məhkəmələrə üz tutub".
Maraqlısı odur ki, Arif Qaraşov müxtəlif yollarla vergi borclarını ləğv etmək istəsə də, buna nail olmayıb. Ona bağlı olduğu bildirilən "ELİPS-R LTD" MMC, "Günəş-Holdinq" MMC-nin də ciddi sıxıntı keçirdikləri bildirilir. Belə ki, sözügedən şirkətlər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və mövcud qanunlara uğun olaraq tikinti ərazisindən əhalinin köçürülməsini təmin etməliydi. Lakin mətbuatda yayılan şikayətlərdən də aydın olur ki, bu da edilməyib. Hətta Arif Qaraşov və qudası Aydın Cəfərova bağlı olan şirkətin rəsmiləri camaata zor tətbiq etməklə bu prosesi həyata keçirmək istəkləri də əks effekt verib. Bu məqamların özü də göstərir ki, Arif Qaraşov qeyri-qanuni üsullarla fəaliyyət göstərməyə vərdiş edib.
Bakının ən məşhur klinikası və təhsil ocağının sahibi...
"Unikal"ın araşdırması nəticəsində, sabiq xidmət rəisinin Bakıdakı milyonluq obyektləri barədə təfsilatlı məlumatlar əldə edilib. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, Arif Qaraşov bütün bu varidata reyestr xidmətində rəis olduğu dönəmdə sahib olub: "Məndə olan məlumata görə, Bakının məşhur klinikalarından olan "Medical Plaza" Arif Qaraşova məxsusdur. Sadəcə olaraq, həmin binanı yaxın və etibar elədiyi şəxsin adına sənədləşdirib. Həmin klinikadakı avadaqlıqları da Qaraşova yaxın adamlar ölkəyə gətiriblər. Mütəxəssislərin hesablamasına görə, elə təkcə həmin klinikanın avadanlıqlarla birgə qiyməti 15-20 milyon manatdır. Bundan əlavə, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin də Arif Qaraşova məxusus olduğu barədə məlumatlar var. Sözsüz ki, vəzifədə işlədiyi dövrdə bu obyektlərin heç birini öz adına, yaxud ailə üzvlərinin adına ala bilməzdi. Ona görə də bütün bu obyektlər başqa-başqa şəxslərin adınadır".
Bizi bilgiləndirən şəxs onu da deyib ki, sabiq xidmət rəisinin Neftçilər prospektində, "Torqovıy" adlanan ərazidə bir neçə böyük dükanları var. Hansı ki, həmin dükanların qiyməti bir neçə milyon manatla ölçülür. Eyni zamanda, Arif Qaraşovun şəhərin bir neçə yerində restoran və kafelərə sahib olduğu da bildirilir. Onun şəhərin məkrəzi ərazilərində onlarla mənzil aldığı da xüsusi qeyd olunur. Yasamal rayonu ərazisində yerləşən "Ekspress Kafe", "Baza Pitseriya" kimi məşhur obyektlərin də qeyri-rəsmi sahibi Arif Qaraşovdur.
Xidmət rəisinin fəaliyyəti
araşdırılacaq
Görünən odur ki, Arif Qaraşov Bakının ən gözəgəlimli yerlərində özünə bir məkan açıb. Təbii ki, bütün bunlar vəzifədən sui-istifadə nəticəsində mümkündür. Yəni, qeyd olunan ərazilərdə bir kv.m. Torpağın qiyməti yüzminlərlə ölçülür, amma A.Qaraşov bu yerləri demək olar ki, pulsuz əldə edib.
"Unikal" olaraq, bir sıra ekspertlərlə apardığımız sorğu nəticəsində Arif Qaraşovun yuxarıda qeyd etdiyimiz əmlkanın qiymətinin bir neçə yüz milyon manat olduğu bəlli olub. Şübhəsiz ki, bu qədər varidatı halal yolla əldə etmək mümkün deyil. Dövlət məmurunun isə bu qədər mülkə sahib olmasının bir açıqlaması var, rüşvət və korrupsiya, vəzifədən sui-istifadə etməklə əldə oluna bilər.
Bütün bunlar Arif Qaraşovun fəaliyyəti dövrünün araşdırılması məsələsini gündəmə gətirir. Əgər dərindən araşdırma aparılsa, onun vəzifədə olduğu dönəmdə nə qədər cinayət əməli törətdiyi üzə çıxar