Sosial (18-02-2025, 12:43)
İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb?
Təmirə bağlanan incəsənət gimnaziyasının binasında işlər dayandırılıb.
Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin iyun ayından təmirə bağlansa da, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında işlər dayandırılıb.
Valideynlərin sözlərinə görə, növbəti tədris ilində də məktəbin istifadəyə verilib-verilməyəcəyi sual altındadır.
Gimnaziyadan bildirilib ki, şagirdlərin təhsilləri dayandırılmayıb, onlar 189 və 190 nömrəli məktəblərə köçürülüb. Lakin valideynlərin sözlərinə görə, buradakı təhsil gimnaziyadan fərqlidir. Şagird sıxlığı, eləcə də ikinci növbədə, sinif otaqları boşaldılandan sonra dərslərin keçirilməsi valideynlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Elm və Təhsil nazirliyindən bildirilib ki, İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025
19 02 2025