Mədəniyyyət (21-11-2022, 10:54)
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fəaliyyəti təqdir olunur
Son illər uşaq incəsənət kollektivləri dünyanın ən nüfuzlu müsabiqələrinin iştirakçısı olmuş, eyni zamanda, Azərbaycan bir çox incəsənət festivallarına ev sahibliyi etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda və bölgələrdə müasir üslubda inşa edilən uşaq incəsənət məktəbləri balacalarda musiqiyə, incəsənətə, rəssamlığa marağı artırmış və onlarla istedadlı gəncin yetişməsinə təkan vermişdir.
Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 63 ünvanında yerləşən Gülarə Əliyeva adına 3 №-li Uşaq İncəsənət Məktəbi Musiqi Cəmiyyətinin nəzdində 1935-ci ildə yaranıb, 1940-ci ildən 5 №-li UMM kimi, 1988-ci ildən isə Mədəniyyət Nazirliyi tərəfindən verilən 22.06.1988-ci il tarixli 240 №-li əmrə əsasən 3 №-li UİM kimi fəaliyyət göstərir.Məktəbinin direktoru Elvina Tofiq qızı Əhmədovadır. Məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi ilə əvəzlənib və 2020-ci ilin sentyabr ayında təhvil verilib və açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 500-ə yaxın şagird təhsil alır. Bu ixtisaslar üzrə 100-dən çox müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
Burada görülən işlər, yaradılan yeni şərait məktəbin müəllim kollektivi, o cümlədən şagirdlərin valideynləri tərəfindən çox müsbət qarşılanıb.
Uşaq İncəsənət Məktəbinin rəhbərliyi və kollektiv tədrisin təşkili və idarə edilməsini həyata keçirərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarını, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktları, məktəbin nümunəvi əsasnaməsini, tədris planları və proqramlarının tələb və müddəalarını rəhbər tutur. Mütəmadi olaraq məktəbdaxili nəzəriyyə olimpiadaları keçirilir. Bütün şöbələr üzrə açıq dərslər keçirilir, müxtəlif mövzulu metodik mühazirələr oxunur, ayrı-ayrı şöbələr üzrə müəllim və şagirdlərin konsertləri, yaradıcılıq sərgiləri təşkil edilir.
İndiyədək məktəbin onlarla şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, respublika müsabiqələrində yüksək yerlər tutublar. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var. Valideyinlər arasında apardığımız sorgularda mıktıb rıhbırliyindın razılıqlarını bildirdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024