Sosial (Dünən, 15:03)
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+FOTOLAR
Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. Beləliklə, ğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır: Mənə iynə vurdular, halım daha da pisləşib.
Lakin, Yenixeber.org-a olunan mürəciətdə qeyd edilir ki, həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.
Dəhşətli olaylardan biri də ondan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 (Üç min) manata görə heç bir sənəd də verməyiblər.
Bundan əlavə, Mais Məmmədov Yenixeber.org-a bildirdi ki, Hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat verir. Baclılarının ürəyi gedir, lakin hospitalda heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrıkəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yardım çağırılır...
Redaksiyadan: Biz Yenixeber.org olaraq məlum prinsip və qanunlara uyğun olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də, dinlədik. Bizimlə telefon söhbətində Avrasiya Hospitalının direktoru Vaqif Mirzəyev səslənən iddialarla razılaşmadı: Xəstənin vəfatının araşdılımasında biz də, maraqlıyıq. Hazırda müvafiq ekspertiza aparılır. İddia olunan 3000 manat da, yalandır. Əgər belə hal olubsa, ortaya bir sübut qoyulsun. Lift məsələsinə gəlincə, bildirim ki, xəstənin yaxınları lifti ayaq zərbələri ilə zədələyiblər və mən qaışıq Hospitalın 4 əməkdaşına zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hazırada həm ölüm faktı, həm də zorakılıqla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.