Sosial (6-01-2025, 14:16)
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verib
Uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və bir sıra hay-küylü proseslərə rəhbərliyi ilə məşhurlaşan hakim Əlövsət Abbasov keçmiş gəlininə və nəvələrinə qarşı məhkəmə iddiası qaldırıb.
Gununsesi.info-nun xəbərinə görə, Əlövsət Abbasov ötən il oğlu Rüfət Abbasovdan boşanan gəlini Vəfa Abasovanın və nəvələri Nərminlə Aylinin evindən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edib.
Məlumata görə, məhkəmə sabiq hakimin iddiasını qismən təmin edib.
Buna səbəb isə Nərminin ailəli olması və başqa ünvanda yaşamasıdır. Bu səbəbdən yalnız onun qeydiyyatdan çıxarılmasına qərar verilib.
Lakin gəlinin qeydiyyatdan çıxarılmasıyla bağlı hissədə Əlövsəd Abasovun iddiası təmin edilməyib.
Xatırladaq ki, Əlövsəd Abbasov təqaüd yaşı çatandan sonra daha 5 il məhkəmə sistemində saxlanılıb. O, 70 yaşına qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyib. Yalnız 2021-ci ildə təqaüdə göndərilib. O vaxtdan da Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyət göstərir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğu 20 ildən artıq müddətdə o, bir çox qalmaqallı hökmlərə imza atıb:
Əlövsət Abbasov, 2015-ci ildə Nardaran hadisələrilə əlaqədar həbs olunan ilahiyyatçı Taleh Bağırzadəyə və tərəfdarlarının hökmü, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan Vüqar Əliyevə ömürlük cəza verilməsi (onun cəzası Prezidentin əfv sərəncamı ilə 25 illə əvəzlənib və azadlığa çıxmasına az qalıb), Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə, ərazi bütövlüyünü parçalamağa yönəlik çağırışlarda ittiham olunan Aleksandr Lapşinin işi, bir çox jurnalistlərin, aktivistlərin işi ilə bağlı hökmlərin müəlllifidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
6 01 2025