Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 11:17)
Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...

Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB...
Bayram günlərində Naxçıvandakı bəzi dövlət idarə və müəssisələrinin əməkdaşları iməciliklərə çıxmağa məcbur ediliblər. Bu, əsasən rayonlardakı Mənzil İstismar Sahəsi əməkdaşlarına aid olunub. Bir çox rayonlarda bayram tətili yalnız iki gün davam etsə də, bəzilərində cəmi bir gün evdə qalmağa icazə verilib. Bu haqda “Gündəlik Naxçıvan”a işçilər özləri məlumat veriblər. Onlar bildirirlər ki, iməcilikdən boyun qaçırmaq istəyənlər işdən çıxarılmaqla hədələniblər.
Şərur rayonundan olan şikayətçi E. F. deyir ki, onlara yalnız iki gün istirahət verilib:
“Yanvarın 1-i hər kəsə zəng edib dedilər ki, təcili işə gəlin. Getdik, kürəyi əlimizə verib dedilər ki, çıxın, yolların kənarındakı otları təmizləyin. Sonra dedilər ki, bayram bitənə qədər hər gün iməciliyə gəlməliyik. Bizi onsuz da hər şənbə və bazar günü məcburi iməciliyə çıxarırlar. Sevinirdik ki, bayram günləri istirahət edərik, amma belə oldu.”
Cilfa rayonunun Mənzil İstismar Sahəsi əməkdaşları da tətil günlərində iməciliyə məcbur edildiklərindən şikayət edirlər:
“Cümə günü zəng edib dedilər ki, hər kəs iməciliyə çıxsın, gəlməyən işdən qovulacaq. Məcbur olub, getdik. Lazım olmayan yerləri təmizlətdilər, axşama kimi saxladılar. Bayram yalnız 2-3 gün olur, onu da çox çətinliklə keçiririk. Tək bu deyil, iş günlərində də işimizə aid olmayan yerlərə göndərirlər.”
Kəngərli rayonundan olan Mənzil İstismar Sahəsi əməkdaşları isə yalnız bir gün bayram etdiklərini, qalan günləri isə iməciliyə çıxarıldıqları bildirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
7 01 2025
6 01 2025