Sosial (Dünən, 18:43)
Xaricdə yaşayan azərbaycanlılar başsağlığı verdi
Mediatv.az xəbər verir ki, başsağlığında deyilir:
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması, insanların faciəvi şəkildə dünyalarını dəyişməsi xəbəri biz xaricdə yaşayan azərbaycanlıları dərindən sarsıdıb.
Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin baş vermiş hadisənin səbəblərini araşdıraraq müvafiq tədbirlər görəcəyinə əminliyimizi ifadə edirik.
Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətin günlərdən alnıaçıq çıxıb. Biz xaricdə yaşayan azərbaycanlılar belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduğumuzu bildiririk.
Uca Tanrı xalqımızı qorusun!”