Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 10:54)
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT

 



Faktinfo.az xəbər verir ki, dünyada kənd təsərrüfatı məhsullarına tələbat artıb və bu tendesiya davam edir.Son 8 ildə Azərbaycana gətirilən aqrar sahəyə məxsus məhsulların idxalında da hər rüb artım müşahidə olunur.Vəziyyətin bu dərəcədə xarakter almasında bir neçə başlıca səbəbdən birincisi,regionlarda savadlı kənd təsərrüfatı kadrların olmaması və yaxud onları 2017-ci ildən başlayaraq qeyri-ixtisas sahiblərinin əvəzləməsidir. Xüsusilə bölgələrdə savadlı aqronom və baytar həkimlərin yoxluğu və yaxud onların potensialından istifadə edilməməsi barədə qeyr-müəyyənlik vəziyyəti biraz da ağırlaşdırıb.

Bakıda kresloda oturub danışmaqla iş bitmir.Bölgələrdə toxumçu fermerlərə məsləhət verəcək,onların suallarını cavablandıracaq, əkin sahələrində məhsula düşən xəstəliyin yerində müəyyənləşdirilməsi üçün aqronomlara, bu sahənin bilicilərinə ehtiyac duyulur.Bu xüsusilə toxumun keyfiyyətli olub-olmamasında özünü göstərir.Fermer sahəyə buğda toxumu əkir,amma toxum səpilən sahənin müəyyən faizində ot bitir. Mövsüm zamanı əkinlə məşğul olan aqronom, heyvandarlıqla məşğul olan fermerlər baytar həkim axtarır.Bu faktdır,günümüzün reallığıdır.Anlaşılan odur ki,gec də olsa bölgələrdə iş başına bu sahənin mütəxəssisləri gətirilməlidir.

Məsələn,Qazax,Ağstafa,Tovuz,Şəmkir,Gədəbəy bölgəsində bütün toxumçu fermerlərin savadlı aqronom kimi tanıyıb,xarakterizə etdikləri aqronom Həsənov Naməddin Tofiq oğlu var. Adamı bir neçə il bundan qabaq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya,Ekspertiza və Sertifikatlaşdırma Mərkəzindən işdən çıxartdılar.Aqronomun anası Həsənova Ceyran Məhəmməd qızı vəziyyətlə barışmadı ,ölkə KİV-lərinə onlarla müraciət ünvanladı.Keçmişə qayıtmırıq,Naməddin Həsənovu işində hansı sahəyə aid ixtisas sahibinin əvəzləməsi vəs. məsələlərə toxunmuruq. Amma indi məlum olur ki,adam hələ də işsizdi.Küskün bir həyat tərzi yaşayır,ona fermerlər tərəfindən olunan müraciətləri də cavabsız buraxır.

Faktinfo.az 24.12.2024-cü il tarixində Naməddin Həsənov barəsində Tovuz rayonu,Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən sayta göndərilən müraciəti təqdim edir:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABINA

Hörmətli Zati-aliləri!

İlk əvvəl,Sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir,Sizə can sağlığı arzulayıram.Həmçinin bir vətəndaş olaraq Sizin apardığınız uğurlu siyasəti dəstəkləyir, bu siyasətin xalqımızın xoşbəxt gələcəyinə xidmət etdiyini anlayıram.

Hörmətli cənab prezident!

Onu da qeyd edim ki,mənim bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olub,digər oğlum düz 7 il cəbhəhin ən qaynar nöqtələrində könüllü olaraq döyüşmüş və Qarabağ veteranıdır.Üçüncü oğlum isə zabit kimi xidmət etmiş və hərbi xidmət zamanı sağlamlığını itirmişdir.Özüm isə ağır ürək xəstəliyi keçirtmişəm və hazırda oğlum Həsənov Naməddin Tofiq oğlunun himayəsində yaşayıram.

Oğlum Həsənov Naməddin alim-aqronomdur və 25 ildən çox aqronom stajı olan peşəkar mütəxəssisdir.Eyni zamanda bildirim ki, oğlumun 3 azyaşlı uşağı var və ailədə hamı işsizdir. Dəfələrlə mətbuata göndərdiyim müraciətlərdə,Sizə ünvanladığım məktublarda yazmışam ki, 01.10.2021-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli,10 saylı qərarının 3.2.9 bəndinə zidd olaraq oğlumun əmək müqaviləsinə xitam verilmişdir.

Onu da bildirim ki,oğlum Həsənov Naməddin Tofiq oğlu peşəkar bir mütəxəssis olaraq ölkəmizdə kənd təsərrüfatının inkişafı naminə öz bilik və bacarığını nümayiş etdirməklə öz töhvələrini verə bilər.Amma onun potensialından istifadə edilmədiyinə görə o, küskün bir həyat tərzi yaşayır,fermerlər tərəfindən olunan müraciətləri də cavabsız buraxır.

Hörmətli cənab prezident!

Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində struktur islahatları aparılır və yeni strukturda oğlum Həsənov Naməddin Tofiq oğlunun bilik-bacarıq və peşəkarlığına uyğun işlə təmin olunmasına köməklik etməyinizi Şəhid və Qarabağ veteranı anası olaraq Sizdən xahiş edirəm.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024