Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-04-2015, 14:10)
Tovuz: 2014-cü ilin yekunlarının təhlili gələcəyə daha nikbin nəzərlərlə baxmağa ümid verir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində respublikamızda aparılan qlobal işlərlə həmahəng olaraq 2014-cü ildə cənab Tofiq Zeynalovun rəhbərlik etdiyi Tovuz rayonunun sosial-iqtisadi inkişafı sahəsində də bir çox nailiyyətlər əldə edilib, mühüm infrastruktur layihələrinin icrası nəticəsində yerli əhalinin sosial həyatında əsaslı dəyişikliklər baş verib.

Prezident İlham Əliyevin 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Hazırda uzunluğu 33,8 kilometr olan yolun tikintisində işlər sürətlə davam etdirilir. Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun çəkilişindən sonra bu layihə rayon üçün çox önəmli infrastruktur layihələrindəndir.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tovuz şəhərinin «Semzavod qəsəbəsi» adlanan ərazisində uzun illər heç bir kommunal şəraiti olmayan baraklarda yaşayan 85 ailəni yeni mənzillə təmin etmək üçün 35 və 50 mənzilli beşmərtəbəli iki bina tikilib istifadəyə verilib.

Rayonda sənaye məhsulunun ümumi həcmi 10,3 faiz, nəqliyyat sektorunda yük daşımaları 2,1 faiz, rabitə xidmətinin həcmi 10,3 faiz, nəqliyyat sektorunda yük daşımaları 2,1 faiz, rabitə xidmətinin həcmi 11,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,3 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalında da artım qeydə alınıb. 2013-cü illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,2 faiz, yumurta 4,1 faiz, yun istehsalı 1,9 faiz çoxalıb, heyvanların baş sayı, eləcə də ana heyvanların sayı artıb.

Ötən il yeni üzümlüklərin salınması istiqamətində işlər davam etdirilib. İl ərzində 30 hektar sahədə yeni üzümlüklər salınıb, üzüm bağlarının sahəsi 631 hektara çatdırılıb. Məhsul verən 528 hektar üzüm bağından 2013-cü illə müqayisədə 1363 ton çox məhsul götürülüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə sahibkarlara 79 layihə üzrə 1 milyon 66 min manat kredit verilərək 193 iş yeri açıldığı halda, 2014-cü ildə 106 layihə üzrə 1 milyon 432 min manat kredit verilib və 272 iş yeri açılıb. Ümumilikdə hesabat dövründə rayonda 710 yeni iş yeri açılıb. Bunlardan 81-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 629-u fiziki şəxslərdə açılan iş yerləridir. Son on il ərzində isə 13652-si daimi olmaqla 20079 iş yeri yaradılıb.

 Tovuzun yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Mübariz Salmanov nikbinliklə proqnoz edir ki, yaxın illərdə Tovuz rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Rəşad Zeynalovun rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Tovuz rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Tovuz rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masası»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Elmir Quliyevin

rəhbərlik etdiyi Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

Su ehtiyatları səmərəli idarə olunur                

 

Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2014-cü ildə rayon ərazisində 14 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Rayon ərazisində suvarma kanalları ilə suvarılması mümkün olmayan 2100 hektar ərazinin suvarılması üçün 31 yaşayış məntəqəsi üzrə 25 ədəd yeni artezian quyusunun qazılmasına ehtiyac vardır. Bununla bağlı aidiyyati orqanlarla müvafiq işlər aparılır.

Nəsrəddin Aslanovun rəhbərlik etdiyiTovuz Rayon Suvarma Sistemləri İdarəsinin,eləcədə Elxan Əsgərovun rəhbərlik etdiyi Subartizan Quyularının İstismarı İdarəsinin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır. SSİ və SQİİ su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi; mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanması; onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi; sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması; su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Suvarma kanallarının lildən təmizlənməsi, mövcud kanalların betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi işləri mütəmadi həyata keçirilir.

 

Təhsilin inkişafı diqqət mərkəzindədir                  

 

Təcrübəli pedaqoq Validə Hüseynovanın rəhbərlik etdiyiTovuz rayon təhsil şöbəsi,Tovuz rayonunda təhsilin səviyyəsinin davamlı yüksəldilməsini daima diqqət mərkəzində saxlayır. Keçən il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 489 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 83 nəfəri 500-dən, 22 nəfəri isə 600-dən yuxarı bal toplayıb məzunların 44 nəfəri ali hərbi məktəblərə və liseyə, hərbi tibb məktəbinə qəbul edilib.

Ümumiyyətlə, son yeddi ildə 450-dən çox tovuzlu gənc ali hərbi məktəblərə və liseylərə qəbul olunub. Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə, 1 nəfər məzun qızıl medala layiq görülüb.

2013-2014-cü tədris ilində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən tədris ilində Aşağı Öysüzlü kənd tam orta məktəbinin müəllimi İlqar Həsənov «Əməkdar Müəllim» fəxri adına layiq görülüb.

Rayonda məktəblərin infrastrukturunun yeniləşməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bunun nəticəsində hələ ötən dərs ili başlayanadək rayonda 6 yeni məktəb binası tikilib istifadəyə verilib.

Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi məqsədilə Tovuz şəhərində 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, Qovlar şəhərində 100 yerlik uşaq bağçasında tikinti işləri davam etdirilir. Hazırda Tovuz şəhərində daha bir uşaq bağçasının tikintisi gedir.

 

Əhalinin tibbi müayinəsi uğurla keçirilməkdədir                     

 

Respublikamızın hər yerində olduğu kimi, Paşa Muradovun rəhbərlik etdiyiTovuz RMX- da Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən əhalinin ödənişsiz tibbi müayinəsinə başlanılmışdır. Keçən il bu kampaniya fevralın 17-dək mayın 1-dək uğurla həyata keçirildi. Rayonun bütün sakinləri Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində müayinəyə cəlb olunmuşlar.

Tibbi müayinə rayonun şəhər və kənd xəstəxanalarında da təşkil olundu. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə olundular. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndərildilər. Tibbi müayinədən keçən sakinlər Fərman Qurbanov, Cəlal Abbasov, Nəsimi Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Hazırki müayinələr Tovuz rayonunun ucqar dağ kəndlərini də əhatə edir. RMX-dan gedən həkim heyəti əhaliyə həm profilaktik, həm tibbi yardım göstərir. Müraciət edən şəxslər arasında qan azlığı, ürək əsəb xəstəliklərindən əziyyət çəkənlər üstünlük təşkil edirlər. Dağ kəndlərinin sakinləri bir çox hallarda öz təşəbbüsləri ilə həkimə müraciət etmədiklərini etiraf edirlər. Buna səbəb bir tərəfdən yolun uzaqlığıdırsa, digər səbəb sağlamlıqlarına laqeyd yanaşmalarıdır. Həkimlərin isə onların evinə qədər gəlmələrini kəndlilər razılıqla qarşılayırlar.

 

Tovuz rayonunun turizm potensialı böyükdür

 

Şimaldan Gürcüstan, qərbdən Ermənistanla həmsərhəd olan Tovuz rayonu Kür çayı ilə iki hissəyə ayrılır. Sol sahildə geniş Ceyrançöl massivi uzanır, sağ sahili meşəli dağları əhatə edir. Rayonda turizm üçün əlverişli və maraqlı marşrutlar vardır. Əsas üç istiqamətdə - Əsrik, Zəyəm və Yuxarı Öysüzlü kəndləri istiqamətlərində turistlər maraqlı marşrutlar üzrə ekskursiyalarda ola bilərlər.

Tovuz şəhərində Almanların icması yaşayan evlər, Çaxır Zavodu və onlar tərəfindən istirahət üçün salınmış park, Heydər Əliyev seyrangahı, Şəlalə, Şəmşədil qalası, Tovuz şəhərindən 12 km aralı Kür çayının kənarında olan ən qədim yaşayış yeri «Torpaq qala» (III-VI əsr) turistlər üçün maraqlı ola bilər. Yuxarı Öysüzlü kəndi istiqamətində mövcud olan «Koroğlu evi, qalası», «Nəsib və Yusif bəy qardaşlarının yaşayış evləri», «Məscid» XIX əsr, «Bir tağlı körpü», «Göytəpə» deyilən qədim şəhər yeri, «Qərib Seyid» ziyarətgahı, qədim tarixə malik olan Əsrik çayının sol sahilində «Alban kilsəsi», Vahidi kəndində «Məscid və türbələr kompleksi», «Sultan körpüsü», meşələr, bulaqlar, dağlar, Qazqulu kəndində fəaliyyət göstərən «Abdı oğullar» istirahət mərkəzinin turistləri qəbul etmək üçün hər bir şəraiti vardır.

Təcrübəli mütəxəssis Aydın Qasımovun rəhbərlik etdiyiTovuz Rayon Mədəniyyət və Turizm Şöbəsi rayondakı mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir. Tovuz rayonunun mədəniyyət işçiləri əllərinə düşən hər fürsətdə KİV-in tribunasından yararlanaraq mədəniyyət və turizm sektorunun inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Ölkə Prezidentinin mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə, «fəxri adların verilməsi haqda qərarları Tovuz rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.

 

***

 

2014-cü il sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilmiş, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunmuşdur. Bütün bunlarla yanaşı, inanaq ki, çox hörmətli, «Şöhrət» ordenli cənab Tofiq Zeynalovun başçılığı altında tərəqqipərvər Tovuz vətəndaşları bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvələrini səfərbər edəcəklər.

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025