Sosial / Slayd (24-08-2024, 08:59)
Eldar Mahmudovun oğlunun xeyrinə qərar verən hakim bir müddət sonra...
Bir neçə il öncə Bakıda yanan “Diqlas” ticarət mərkəzi ilə bağlı məhkəmə prosesi davam edir. Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus “Diqlas” Ticarət Mərkəzini idarə edən “Diqlas 2” MMC yanğında dəyən zərərə görə məhkəmə iddiası qaldırıb.
Yanğınla bağlı istintaqa ifadə verən Nizami Rayon Bələdiyyəsinin sədr müavini Bəylər Quliyev deyib ki, “Diqlas”ı tikmək üçün Eldar Mahmudovun oğluna verilən sənəd onlara güc tətbiq edilərək alınıb.
Bəylər Quliyev bildirib ki, “Diqlas” üçün torpaq sahəsinin ayrılması barədə bələdiyyə sədrinə müraciət olunsa da, o, razılıq verməyib. Daha sonra Eldar Mahmudovun adamları bələdiyyə sədrinin müavininə təzyiq etməyə başlayıb:
“Diqlas” ticarət mərkəzinin tikintisi üçün həmin dövrdə özlərini milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxınları kimi təqdim edən şəxslər məcburi şəkildə bələdiyyədən tikinti ilə bağlı sənəd alıblar. Həmin sənəd də o vaxt sədr tərəfindən yox, sədrin müavini Vüqar Tarquliyev tərəfindən imzalanıb. Bələdiyyənin vergi şöbəsinin müdiri İlham Mirzəyev dəfələrlə ticarət mərkəzinin rəhbərliyinə müraciət edib ki, fəaliyyətləri ilə bağlı rəsmi sənədlər – “Diqlas”ın fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərdiyini təsdiqləyən sənədləri təqdim eləsinlər. Lakin onlar saymazlıq edib, bizim sorğulara heç bir reaksiya vermirdilər”.
Bəylər Quliyev əlavə edib ki, “Diqlas” ticarət mərkəzi və ətrafındakı qanunsuz tikililərdən bələdiyyənin xidmət haqqı yığıb-yığmamasından xəbəri yoxdur:
“Ticarət mərkəzinin ətrafındakı qanunsuz tikilmiş obyektlərdən, səyyar qaydada satışla məşğul olan sahibkarlardan “Etibar” adlı şəxsin və onun yanında gəzən Çevik Polis Alayının əməkdaşlarının, o cümlədən Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının gündəlik pul yığdığını bilirdim. Çevik Polis Alayının əməkdaşlarının komandiri “Seyid” adlı şəxs idi. Ticarət mərkəzinin ətrafından keçəndə bir neçə dəfə mən bunun şahidi olmuşam. Həmin adamları görsəm, tanıyaram”.
5 il əvvəl baş vermiş yanğından sonra “Diqlas” ticarət mərkəzi tamamilə sökülüb. Məlumata görə, yanğın zamanı sahibkarlara ödənişin verilməsi və yanğın nəticəsində yaranmış situasiyaya uyğun görülməli işlərlə bağlı iclasda o vaxtkı Baş prokuror Zakir Qaralov “Diqlas”ın binasının sökülməsini təklif edib. Baş nazirin birinci müavini Yaqub Eyyubov Zakir Qaralovun təklifini qəbul edərək binanın sökülməsini Fövqəladə Hallar Nazirliyinə tapşırıb. Daha sonra bina sökülərək torpaq qatadək qazıntı işləri aparılıb.
Eldar Mahmudova məxsus şirkətin yanğına görə sığorta ödənişi tələbilə iddiasını aşağı məhkəmə instansiyaları rədd etsə də, Ali Məhkəmənin hakimi İlqar Dadaşov fərqli qərar vermişdi. Eldar Mahmudovun oğlunun xeyrinə qərar verən hakim bir müddət sonra – aprelin 27-də yaşadığı evdə özünü asaraq intihar etmişdi.
Bu işə Ali Məhkəmədə yenidən baxılır. Bu dəfə isə Eldar Mahmudovun oğlunun işi hakim Kəmalə Abıyevaya həvalə olunub.
Paytaxtın Nizami rayonu, “8-ci kilometr” ərazisində yerləşən 5 mərtəbəli “Diqlas” Ticarət Mərkəzində yanğın 2019-cu il martın 26-da baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
AZİNFORUM.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024