Sosial (1-08-2024, 21:02)
Dövlət Dəniz və Liman Agentliyi 27 minlik mala 101 min manat xərcləyəcək
Bir müddət əvvəl adı Beynəlxalq Dəniz Agentliyinin “qara siyahı”sına düşən Dövlət Dəniz və Liman Agentliyi (DDLA) adını siyahıdan çıxarmaq əvəzinə, tender işləri ilə məşğul olmağa başlayıb.
Xəbər verir ki, gəmilərin bərbad vəziyyətdə olması, habelə dünya sularında üzmək üçün standartlara cavab verməməsi səbəbindən “qara siyahı”ya salınan agentliyin yeni tenderinin məbləği isə 101 min 952 manat təşkil edir.
Qeyd edək ki, tenderin qalibi “AZ SYSTEMS” MMC-dir. Bu şirkət kompyüter avadanlıqlarının təmiri, satışından tutmuş, tibbi avadanlıqlara qədər hər şey satır. Elə tender də “Kompüter və texniki avadanlıqların satın alınması” adı altında keçirilib. Lakin alınacaq malların siyahısına diqqət etsək, məlum olacaq ki, rəqəmlər həddindən artıq şişirdilib.
Məsələn, Dövlət Dəniz və Liman Agentliyi daxili kompüter şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün 3 illik lisenziyaya malik xidmət alıb. İki parametr üzrə lazım olan həmin lisenziyaların ümumi qiyməti 10-15 min manatdan baha deyil. Yəni, dünyanın ən yaxşı şirkətlərinin təklif etdiyi qiymətlər bu rəqəmləri üstələmir.
Və ya Agentlik 10 ədəd Qulaqlıq+ mikrofon (USB) sifariş edib ki, onun da Bakıda ən yaxşısının qiyməti 60.80 manat təşkil edir. Yəni, qurum bu istəyinə çatmaq üçün 680 manat xərcləsə, kifayətdir.
Agentliyin istədiyi mallardan biri də “Cat5e UTP 305m” kabeldir. UTP tipli bu kabellərin faktiki bazar qiyməti isə 139 manatdır ki, agentlik də bundan 7 qutu sifariş edib. Yəni, 973 manat.
Tender satınalmasında göstərilən bir başqa mal isə “RJ45 Cat5” 8 çıxışlı konektorlardır. Agentliyin şərti budur ki, “AzSystem” MMC ona bunlardan 500 ədəd alsın. Onun isə qiyməti 20 manat 40 qəpikdir ki, bu da toplamda 10200 manat edir.
Dövlət Dəniz və Liman Agentliyi satınalma müqaviləsində ehtiyacı olduğu daha iki məhsulun da adını qeyd edib. Tribunainfo.az xəbər verir ki, onlardan biri 27A, 12V, digəri isə 23A, 12V olan batareyalardır. Agentlik birinci kateqoriya üzrə 6 ədəd, ikinci məhsul üzrə isə 5 ədəd batareyanın alınmasını istəyib. Bu məhsullarla bağlı araşdırma zamanı məlum olub ki, 27 amperaj və 12 volt olan batareyanın qiyməti 2 manat 10 qəpik təşkil edir. Yəni, 6 ədəd batareya üçün cəmi 12 manat 60 qəpik lazımdır. 5 ədəd 23 amper və 12 voltluq batareyanın qiyməti isə toplam 16.50 manat edir ki, bu da bir batareyanın qiymətinin 3.29 manat olduğunu göstərir.
İndi isə tender üçün ayrılan məbləğlə xərclənən vəsaitlərin fərqinə diqqət edək. Toplamda bu məhsulların alınmasına 26882 manat lazım olduğu halda, Agentlik 101 min 952 manat vəsait ayırıb ki, bu da 75 min 070 manat fərq edir.
Bu gedişlə Dövlət Dəniz və Liman Agentliyi təkcə, beynəlxalq təşkilatların deyil, elə Azərbaycanda Tender Komissiyasının da “qara siyahı”sına düşəcək.Tribunainfo.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024