Sosial (26-04-2024, 14:19)
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
Bir müddət əvvəl yerli KİV-də yayılan xəbərlərdə iddia olunurdu ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasına dəyişiklik gözlənilir. Məlumatda deyilirdi ki, TƏBİB-in Müşahidə Şurasının üzvləri artırılacaq.
Xəbərə görə, TƏBİB-in Müşahidə Şurasında yer almaq istəyən şəxslərdən biri də deputat Kəmaləddin Qafarovdur. Lakin onun dərman monopolisti kimi tananması və bir sıra korrupsiya layihələrində adının keçməsi Qafarova ciddi problemlər yaradıb.
Dia-az.info-ya TƏBİB-dəki mənbə deyir ki, Kəmaləddin Qafarov bir müddət öncə eyni cəhdi hansısa nazir postunu tutmaq üçün də edib, amma nail ola bilməyib.
Qeyd edək ki, Kəmaləddin Qafarov Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin Baş direktor müavinidir.
Mediada yazılanlara görə Kəmaləddin Qafarov “Kanon” apteklər şəbəkəsinin sahibidir.
Onun eyni zamanda ölkəyə onkoloji dərman preparatları və vasitələri gətirən xeyli sayda şirkətlərinin də olduğu yazılıb.
K. Qafarova aid olan şirkətlərdən biri də “Azəri Med” MMC olduğu deyilir.
Dia-az.info-nun əldə etdiyi son xəbərə görə, Kəmaləddin Qafarov hal-hazırda nəinki hansısa vəzifəyə gətirilmir, əksinə, onun özünün hədəfə çevrilməsi mümkündür. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, yazın günlərdə Kəmaləddin Qafarovun əlindəki apteklər şəbəkəsi ilə bağlı qərar veriləcək:
"Bəllidir ki, əl dəyişdirilir. Deputat razılaşmasa, nələrin baş verəcəyi aydındır. Onun növbəti dəfə mandat alacağı da artıq imkansız hesab olunur..."
Mövzu ilə bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq mümkün olmayıb. Ümumiyyətlə, Kəmaləddin Qafarov mediaya qapalı deputatlardan sayılır və ictimai rəyi ümumən nəzərə almır.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024