Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-04-2024, 12:14)
Sahibkarlığın İnkişafı Fondu milyonlarla manat güzəştli kredit vəsaitini məqsədyönlü istifadə etməyib - İTTİHAM VAR...

Sahibkarlığın İnkişafı Fondu milyonlarla manat güzəştli kredit vəsaitini məqsədyönlü istifadə etməyib
Hesablama Palatası Sahibkarlığın İnkişafı Fondunun (SİF) fəaliyyətində nöqsanlar aşlarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Palatanın keçirdiyi audit qiymətləndirməsində bildirilib.

Qeyd edilib ki, SİF güzəştli kredit vəsaitlərini məqsədyönlü istifadə etməyib. Belə ki, 2021 və 2022-ci illər üzrə ümumilikdə güzəştli kredit vəsaitinin 131,0 milyon manatı özəl banklarda depozitə qoyulub və qiymətli kağızlarda yerləşdirilib. (Bu vəsaitin 77,2 milyon manatı 2021-ci ildə, 53,8 milyon manatı isə 2022-ci ildə verilib.)

Bu da 2021-ci ildə 1902 layihə üzrə sahibkarlıq subyektlərinə verilən 130,6 milyon manat güzəştli kreditin həcmindən 0,4 milyon manat çox olub.

Qeyd olunub ki, banklarda depozitlərin yerləşdirilməsindən əldə edilən faiz gəlirləri həmin vəsaitlərlə birgə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin verilməsinə deyil, Fondun sərəncamında qalan vəsaitlərin artırılmasına və cari xərclərinin ödənilməsinə yönəldilib.

Bundan əlavə, müvəkkil kredit təşkilatları ilə əməkdaşlığın təkmilləşdirilməsi yolu ilə sahibkarlıq subyektləri Fondun depozit vəsaiti hesabına bank krediti almasının Fondun vəsaiti hesabına daha əlverişli şərtlərlə güzəştli kreditlər üçün sahibkarlıq subyektlərinin müraciətlərinin stimullaşdırılmasına yönələn təsirli tədbirlər görülməyib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024