Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-01-2024, 16:30)
Meliorasiya və Su təsərrüfatı sistemi ilə elmin vəhdəti

 
Ölkə başçısı İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmiş və icrasına nail olunmuşdur. Dövlət proqramlarından irəli gələn vəzifələr respublikamızda fəaliyyət göstərən hər bir icra orqanları, struktur bölmələri, o cümlədən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üçün fəaliyyət proqramına çevrilmiş və icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.Əvvəlki illərdə olduğu kimi, ötən 2023-ci ildə də ASC respublikanın su təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatının su təminatının və əkinəyararlı torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, kanal və kollektorların lildən təmizlənməsi, su itkilərinin qarşısının alınması məqsədilə kanalların beton üzlüklə üzlənməsi, su anbarlarının əsaslı təmiri və s. sahədə bir sıra irihəcmli layihələr həyata keçirilməsi ilə nəticələnmişdir. İşğaldan azad olunmuş ərazilərdə hidrotexniki qurğuların bərpası, əkinəyararlı torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər əvvəlki illərdə olduğu kimi, cari ildə də ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.Prezident İlham Əliyevin 2021-ci il aprelin 5-də Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən verdiyi meliorativ tapşırıqlar, tövsiyələr bu gün uğurla həyata keçirilməkdədir.Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bununla yanaşı, ölkə başçısının tapşırıqlarından irəli gələn məsələlərlə yerində tanış olmaq və qarşıya qoyulan məsələləri vaxtında yerinə yetirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər işçiləri vaxtaşırı olaraq respublikamızın müxtəlif bölgələrində olur və mövcud problemlərin operativ həlli üçün təxirəsalınmaz tədbirlər görülür.Su ehtiyatlarının səmərəli istifadəsini və mühafizəsini, hidrotexniki qurğuların təhlükəsizlik və dayanıqlı istismarını təmin etmək ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin (HGMX və SİMNİ) də qarşısında mühüm vəzifələr kimi qoyulmuşdur.
Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi, suvarma sistemləri və kollektor-drenaj şəbəkələrinin texniki vəziyyətinin tədqiq olunması məqsədilə sahələrdə çöl-tədqiqat işləri yerinə yetirir, qrunt, kollektor-drenaj şəbəkəsi və kanal sularının hidrokimyəvi tərkibinin öyrənilməsi məqsədilə rejim-müşahidə quyularından, magistral kanal və kollektorların üzərində qurulmuş  hidrometriya məntəqələrindən su nümunəsi götürülmüş və kimyəvi təhlil edir, rejim-müşahidə quyularının fasiləsiz istismarının təmin olunması məqsədilə  quyularda mexaniki təmizlənmə işləri yerinə yetirir,hidrogeoloji-meliorativ xidmətin nəzarətində olan  suvarılan torpaq sahələri qrunt sularının yatım dərinliyinə və minerallaşma dərəcəsinə görə sahələrə bölünür, qrunt sularının, magistral kanal və kollektor sularının və torpaqların şorlaşma dərəcəsinin öyrənilməsi məqsədilə kimyəvi analizlər aparılır və.s

 




Hidrogeoloji-Meliorativ Xidməti və Suların İstifadəsi-Mühafizəsinə Nəzarət İdarəsinə uzun illərdir Saleh Saqıqov rəhbərlik edir. Onun bu sahədə elmi araşdırmasının məhsulu olan“Muğan-Salyan massivində suvarılan torpaqlardan istifadənin iqtisadi aspektləri” monoqrafiyası,Muğan-Salyan massivinin suvarılan torpaqlarının iqtisadi qiymətləndirilməsindən,torpaqdan və sudan səmərəli istifadəyollarının müəyyənləşdirilməsindən,eyni zamanda Azərbaycanın milli maraqları üçün atdığı addımlardan ibarətdir.
Monoqrafiyada Azərbaycan Respublikası Muğan-Salyan massivinin suvarılan torpaqlarında meliorativ vəziyyəti, ona təsir edən amillər, kənd təsərrüfatı bitkiləri altında torpaqların mənimsənilməsi prosesində meydana çıxan çatışmazlıqlar, münbitliyə və məhsul artımına təsir edən amillər, torpaqların iqtisadi qiymətləndirilməsi və sair aktual məsələlər öz əksini tapmışdır.«Muğan Salyan massivində suvarılan torpaqlardan istifadənin iqtisadi aspektləri» adlı kitabla tanışlıq onu deməyə əsas verir ki, yüksək keyfiyyətə malik  mühüm bir elmi əsərdir. Kitab  elm adamları üçün elmi-təddiqat əsəri kimi, həm də içtimayyət üçün faydalı məlumatlarla zəngindir. Kitabın strukturunda qoyulan məsələlərin ardıcıllığı, sistemliliyi və araşdırılan mövzuların elmi inandırıcılığı bu tədqiqat əsəri haqqında müsbət fikirlər söyləməyə əsas verir. Müəllif hazırladığı bu elmi əsərdə torpağın münbitliyi və məhsuldarlığı baxımından hansı kənd təsərrüfatı məhsularının «Muğan Salyan massivində yerləşdirilməsinin daha faydalı olmasının elmi əsasını vermiş, torpaqların melorativ vəziyyətinə təsir edən amilləri sadalamış və torpaqların kənd təsərrüfatı üçün mənimsənilməsi prosesində meydana çıxan problemləri sistemləşdirmişdir.  
Saleh müəllim elmi araşdırmalarla məşğul olmaqla bərabər qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyən rəhbərdir. Cəmiyyətdə və onu tanıyanlar arasında xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə onu tanıyanların  qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı,səmimiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi arasında ona böyük nüfuz qazandırmışdır. Saleh müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır.O özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb.Saleh müəllimi fərqləndirən keyfiyyətlər çoxdur: Praktik işdən və qanunvericilikdən baş çıxarması, sosial infrastruktur sahələrinə yaxından bələd olması ,yüksək intellektual imkanları,dialoq aparmaq qabiliyyəti, başa düşülən və qəbuledilən şəffaf iş üsulu, təmənnasızlığı, təmizliyi və ədalətliliyi, obyektivliyi, qərəzsizliyi və s.
 Saleh müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir kəs zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Həyat Saleh müəllimi çoxdan sınayıb, o isə həmin sınaqlardan mərdi-mərdanə keçmişdir. İnanırıq ki, Allahın ona bəxş etdiyi qeyrətli ömrün davamını da şərəflə yaşayacaqdır. 
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024