Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (8-03-2023, 11:47)
Qoç Koroğlunun adını daşıyan şirkətin ÜRKƏK RƏHBƏRLİYİ..

 




Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Koroğlu” MMC respublikamızın müxtəlif bölgələrindəki satış məntəqələrinə istehsal etdiyi müxtəlif çeşiddə şirniyyat məhsullarını çatdırmaqla sahibkarlıq fəaliyyət ilə məşğuldur. Ancaq görün belə bir sahibkarlıqla məşğul olan MMC rəhbərliyi qışın soyuğunda, yayın istisində, hətta yolların buz bağladığı bir vaxtlarda belə min bir əziyyətlə müəssisənin istehsal etdiyi məhsulları təyin edilmiş istiqamətlərə çatdıran işçisinin qanuni hüquqlarını necə tapdayır? Hansı ki, bu hərəkət heç insanlıq adına belə yaraşan deyil.

Beləliklə, ailəsinin “Təzadlar”a təqdim etdiyi şikayət məktubunu araşdırarkən məlum oldu ki, 2014-cü ildə Bakıdan sözü gedən müəssisədən Mingəçevirə anoloji qaydada şirniyyat məhsullarını aparmaq məqsədilə yola salınan sürücü Quliyev Faiq Cəlal oğlu Göyçay rayon ərazindən keçən magistral yolda (digər iş yoldaşı da onun idarə etdiyi avtomobildə olarkən) qarşıdan gələn digər avtomobillə toqquşaraq, faciəvi şəkildə həlak olmuşdur. Bundan sonra isə iş yerində acı təəssüf doğuran bir sıra məqamlar baş vermişdir. Belə ki, yol-nəqliyyat hadisəsində xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişmiş Faiq Quliyevin həyat yoldaşı Quliyeva Arzu Şiran qızı “Təzadlar”a göz yaşı ilə bunları dedi:

-Faiqin işlədiyi vaxtlarda kəm- kəsiri qaldıqda müəssisənin mühasibatlığından tez-tez zənglər gəlirdi və hətta Məzahir adlı işçidən də işlə bağlı tapşırığlar, göstərişlər gəlirdi... Hətta müəssisə rəhbərliyi həyat yoldaşımın hərbi biletini belə ümumi şöbədə naməlum səbəbdən saxlayıblar, hüzrə isə müəssisə rəhbərliyi iştirak edən zaman vur- tut 200(iki yüz) manat yardım etmişdilər. Mənim hüquqi bilgisizliyimdən sui-istifadə edən müəssisə rəhbərliyi, hətta özlərinə sərfedici formada yoldaşımın sənədlərini yoldaşımın digər həmkarı vasitəsilə mənim yaşadığım Mingəçevir şəhərinə göndərmişdir. Övladlarım neçə ildir atasız yetim qalıb, şirkətin Tahir adlı rəhbəri isə insafsızcasına, heç nə olmamış kimi, bu günədək bizimlə maraqlanmamış, hətta müəssisənin hüquq şöbəsi olduğu halda, hüququ pozulmuş işçinin hüquqlarının bərpasında maraqlı görünməmişdir. Sizin qəzetin obyektivliyinə inanıram, yoldaşımın iş yerində də Sizi məsləhət bildilər, ona görə də ərizəni Sizə göndərdim. Xahiş edirəm, mətbuat olaraq harayımı yuxarı dövlət qurumlarına çatdırasınız! Müəssisə rəhbərliyi təzminat, yardım verməmək üçün bu qanunsuz yola əl atmışdır”.

***

Bəli, həqiqətən də bu kimi hal nə vicdana sığır, nə də hansısa bir qanuna. İş zamanı yolda baş vermiş avtoqəza zamanı dünyasını dəyişən bir işçinin sənədlərini poçt və müvafiq qeydiyyatı aparmadan yalnız digər iş yoldaşı tərəfindən imza atılmaqla (Samir adlı işçiyə) təqdim etməklə Mingəçevirə yola salmaq təəssüf hissi doğurur. Müəssisə rəbərliyi görünür bu hərəkəti ona görə planlı şəkildə həyata keçirmişdir ki, gələcəkdə mərhumun ailəsi və ya yaxınları tərəfindən kompensasiya ödənişi tələb edilməsin. Əgər bu qeyd etdiyimiz kimi deyilsə, bəs nə üçün şirkətin hüquqşünası olduğu halda, bu məsələ 8 il ərzində həllini tapmayıb? Qanun və hüquq hər bir kəs üçün təsbit olunmuşdur.

Müəssisə rəhbərliyinin bu qanunsuz və ədalətsiz mövqeyinin nədən qaynaqlandığını araşdırmaq üçün fəaliyyətə başladıq. İlkin olaraq şikayətçi Arzu Quliyevanın “Təzadlar”a müraciətindən sonra onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə, eləcə də ölkənin Hüquq Mühafizə orqanlarına müraciəti olundu. Nəhayət, Dövlət Əmək Müfəttişliyindən cavab gəldi. Həmin cavab məktubunu da sizlərə təqdim edirik! İnanırıq ki, bu ciddi hüquqpozma halının tərəfimizdən ictimailəşdirilməsindən sonra aidiyyatı dövlət qurumları ailə başçısını itirmiş və iki övladı çarəsiz duruma düşmüş Quliyevlər ailəsinə “Koroğlu” MMC rəhbərliyi tərəfindən qanuni kompensasiyanın verilməsi təmin ediləcəkdir.

Bəs necə olub ki, igid babamız Qoç Koroğlunun adını daşıyan bir şirkətdə adi bir qanuni kompensasiya ödənişindən qorxanlar vardır??? Yaxud, bəs bu qanunsuzluğa rəvac verən nə olub???

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini bir daha dərc etməyə hazırıq.
//tezadlar.az//
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024