Sosial (6-03-2023, 12:53)
Bahalaşmanın qarşısını almaq mümkün deyil
Hazırda dünyada bahalaşmanın əsas səbəbi pandemiyaya görə başlayan qlobal iqtisadi böhrandır. Ardınca Rusiya-Ukrayna müharibəsinin olması bu prosesi daha da dərinləşdirərək inflyasiyanı sürətləndirdi.Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, Azərbaycanın idxaldan yüksək səviyyədə asılı olması ölkədə inflyasiyanın daha da yüksəlməsinə gətirib çıxarır:
“Buna görə xaricdə gedən proseslərin birbaşa ölkəmizə də böyük təsirləri olur. Yerli istehsal olan məhsulların bahalaşması isə iqtisadiyyatın vahid orqanizm olmasından irəli gəlir. Həmçinin, yerli istehsal olan və bəzən xammalı xaricdən gələn məhsulların da bu səbəbdən maya dəyəri artır. Xaricdən gəlməyənlərin maya dəyərinin bahalaşması isə ölkədə enerji resurslarının qiymətinin artmasından irəli gəlir.
Ət və ət məhsullarında da yem bahalaşıb. Əkin sahələri 20 il əvvəllə müqayisədə 200 min hektara qədər azalıb. İnsanların tələbatı isə əksinə artıb. Yəni ölkədəki ümumi iqtisadi durumun özü də qiymət artımına şərait yaradır.
Hazırda Azərbaycanda rəqabət mühiti də ürəkaçan səviyyədə deyil”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























