Sosial (30-01-2015, 14:15)
Özünü yandıranın vəziyyəti ağırdır
Nəqliyyat müfəttişlərinin qanunsuzluğu günbəgün artmaqdadır
Bundan ən çox əziyyət çəkən isə avtomobil sürücüləridir. İş o yerə çatıb ki, artıq nəqliyyat müfəttişlərinin zülmündən təngə gələnlər intihar etmək yolunu seçiblər.
mediatv.AZ “Yeni Müsavat”a istinadən xəbər verir ki, Nəqliyyat “qoçu”larının daha bir özbaşınalığı yanvarın 28-də axşam saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. Sözügedən ərazidə nəqliyyat müfəttişləri ilə mübahisə edən, sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobus sürücüsü üzərinə benzin tökərək özünü yandırıb. Xəsarət alan sürücü 1976-cı il təvəllüdlü Hümbətov Arzuman Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.
Özünü yandıran Arzuman Hümbətovun yaxınlarının dediyinə görə, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Şahidlərin sözlərinə görə, hadisə sürücü yaşadığı Ceyranbatan qəsəbəsinə getmək istəyən zaman baş verib.
Özünü yandıran sürücünün qardaşı Rəhim Abuzərov baş verənlərlə bağlı bunları deyib: “Mənə zəng edib dedilər ki, qardaşını 20 Yanvarda saxlayıb döydülər, sonra da maşını əlindən aldılar. Qardaşın da bezini götürüb özünü yandırdı. İndi həkim bildirir ki, vəziyyəti ağırdır. Qardaşımın iki uşağı var, kirayədə qalır”.
Arzuman Hümbətovun anası Sahilə Hümbətova isə bildirib ki, oğlu ağır bir şəraitdə yaşayır və əlil uşağı var.
Nəqliyyat Nazirliyi baş vermiş dəhşətli intihara cəhd hadisəsi ilə bağlı mövqeyini açıqlayıb. Qurumdan ANS-ə bildiriblər ki, sürücü qanunsuz sərnişin daşımaqla məşğul olduğu üçün müfəttişlər onun barəsində protokol tərtib etmək istəyiblər. Bu zaman yaranan insident zamanı Arzuman Hümbətov avtomobildə gəzdirdiyi benzini üzərinə tökərək özünü yandırıb. Hadisə şahidləri gördüklərini belə nəql ediblər: “Təxminən 35 yaşında olan oğlan mikroavtobusla Sumqayıta adambaşı 50 qəpikdən adam toplayırdı. Biri mülki, digəri isə formada olan nəqliyyatçılar onun üstünə gələndə, sürücü avtobusa minib qaçmaq istədi. Lakin onlar sürücünü tutaraq yerə yıxıb təpiklədilər. Qan içərisində olan sürücü isə özünə od vurdu. Nəqliyyat Nazirliyinin işçiləri yanğın əleyhinə olan balonla onu söndürdülər, sonra isə qaçdılar”.
Hüquqşünas Müzəffər Baxış dedi ki, nəqliyyat müfəttişləri qanunsuz hərəkətlərə yol verirsə, həmin sahədə qanunvericiliyin icrasına nəzarət funksiyaları var: “Onların sürücülərə qarşı olan hər bir qanunsuz hərəkətləri vəzifə səlahiyyətlərini aşma kimi qəbul edilir. Belə əməllər Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə cinayətdir. Bu əməllər zorakılıqla müşahidə olunursa, bu qəbildən olan insanlar 309.2-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Onlar barəsində 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Çox əfsus ki, bura Azərbaycandır. Qanunlardan daha çox siyasi sifarişlər üstün tutulur. Düşünmürəm ki, həmin nəqliyyat “qoçu”sunu cinayət məsuliyyətinə cəlb edəcəklər".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025