Sosial / Slayd (26-01-2015, 20:49)
Qazaxın icra başçısı maliyyə böhranını etiraf edib: Pulumuz yoxdur...
Azərbaycanın futbol klublarında maliyyə problemlərinin yaranması barədə ötən yazılarda хəbər vermişdik. Belə çətinliklərlə üzləşən klublardan biri də "Göyəzən"dir
Piasport.az-ın əldə etdiyi məlumata görə, Qazaх klubunda vəziyyət həddən artıq pisdir
I divizion təmsilçisi futbolçularına verdiyi cüzi maaşları ödəyə bilmir. "Turanbank"ın ayırdığı kiçik məbləğ komandanın səfərlərinə хərclənir. Bunun nəticəsidir ki, "Göyəzən" hələ də ikinci yarının hazırlıqlarına başlaya bilməyib.
Klub rəhbərliyi vəziyyətdən çıхmaq üçün rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin istəklərinə nail olmayıblar. İcra başçısı Ayaz Əsgərov klub saxlamağa pulunun olmadığını bildirib. Bu cavabdan sonra çarəsiz qalan "Göyəzən" rəhbərliyi AFFA-ya müraciət edib.
Dövlətin futbola bu qədər qayğı göstərdiyi, "Futbolun inkişafına dair Dövlət proqramı" həyata keçirildiyi bir vaxtda icra başçısının belə bir addım atması ölkə rəhbərliyinin qərarlarına qarşı ən azı hörmətsizlikdir. Prezident İlham Əliyevin göstərişi ilə iş adamları, məmurlar futbol klublarının saxlanması üçün vəsait ayrırlar. Hətta bəzi rayonlarda klubları İcra Hakimiyyətləri maliyyələşdirir. Lakin Ayaz Əsgərov ölkə rəhbərliyinin qərarlarını həyata keçirməkdən imtina edir.
Qeyd edək ki, Ayaz Əsgərov nəqliyyat naziri Ziya Məmmədovun adamı hesab olunur. Onun qardaşı, Ziya Məmmədovun sağ əli kimi tanınan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovdur.