Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (19-01-2015, 20:18)
“Axırıncı dəfə deyirəm, bu, korrupsiyadır” – Xəbərdarlıq

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov xəbərdarlıq edib 

 

“Mediatv.az” ANS TV-yə istinadən xəbər verir ki, nazir “Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliklərinin (BTRİB)-in fəaliyyətini tənqid edib. Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini deyib. Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya İdarəsi tərəfindən tənzimləndiyini bildirib. 

Əli Abbasovun fikrincə, “Aztelekom” və BTRİB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrıseçkilik etməsidir. “Hansı şirkətlərsə “Aztelekom” və BTRİB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır”. 

Nazir onu da qeyd edib ki, bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Bu komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024