Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (22-04-2014, 18:53)
Nazir Əli Abbasov da islahatlar qərarı verdi: kimlər gedəcək?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycan Respublikası prezidentinin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə 07 mart 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

 Nazirliyin məlumatına görə, kollegiyada sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə hazırlıq, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin hazırlanması, strukturunun formalaşması, ştat vahidi, işçilərinin say tərkibinin müəyyən edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov RYTN-in strukturuna daxil olmayan tabeliyindəki birlik və müəssisələrdə bazar iqtisadiyyatının və innovativ inkişafın tələblərinə uyğun struktur islahatlarının aparılması, işçilərin sayının iş həcminə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verib.

Bu məqsədlə İşçi Qrupu yaradılaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, qısa müddət ərzində təkliflərin hazırlanması prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Kollegiya iclasında hazırlıq mərhələsinin gedişatı ilə bağlı mütəmadi müzakirələrin aparılması da qərara alınıb.

Nazirlikdə nə kimi islahatlar aparılacaq?

Bu və ya digər məlumatlarla bağlı Mediatv.az-a maraqlı məlumatlar daxil olub. Bildirildiyinə görə, strukturun yenidən formalaşdırılması zamanı nazirlikdə "kök atmış" bəzi vəzifəli şəxslərin "vurulması" qaçılmaz xarakter alacaq: "İslahatlar ilk növbədə "Aztelekom"la BTRİB-in birləşdirilməsi məsələsinə də aydınlıq gətirəcək. Bu zaman isə iki qurumdan birinin rəhbəri vəzifəsiylə vidalaşacaq. Ya Beytulla Hüseynov, ya da "Aztelekom"in baş direktorunun nazirliyə gətirilərək, incik düşmələrinin qarşısını almaq planı da var. Ümumiyyətlə, bu islahatlar rabitə sahəsini ciddi silkələyəcək" 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024