Sosial (17-01-2015, 14:58)
“Azərbaycanın ikinci peyki özünü maliyyələşdirəcək”
Əli Abbasov: “Azərbaycanın ikinci kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək”
Mediatv.AZ yerli mətbuata istinadən bildirir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azerspace-1" əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”
İndiyə qədər infrastruktur layihələri həyata keçirdiklərini deyən nazirin sözlərinə görə, 2015-ci ildə nazirliyin əsas hədəfi İKT və yüksək texnologiya sahəsində istehsal sahəsini genişləndirməkdir:
“Əsas məqsədimiz ixracat yönümlü sahəni inkişaf etdirməkdir. Bu istiqamətdə son 2 ildə hüquqi bazanın, işgüzarlıq mühitinin, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata keçirilməsini təmin etmişik. Artıq yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparırıq.
2015-ci ildə yaddaqalan hadisələr bu isitqamətdə, yəni ixrac yönümlü xidmətlərin inkişafı istiqamətində olacaq”.
