Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-01-2015, 16:56)
İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 5 fakültədə vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib

 

"Report" xəbər verir ki, bu sıraya universitetin iqtisadiyyat və sənaye, maliyyə, biznes inzibatçılığı, beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültələri aiddir. ADİU-da dekan vəzifəsi ilə yanaşı, kafedralar üzrə boş olan vəzifələrə görə də elan verilib.
Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun namizədlər iştirak edə bilərlər. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən iddiaçılar ərizələrinə kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı, ali təhsil (baza təhsili) haqqında diplomun surətini, elmi dərəcə haqqında diplomun surətini, elmi ad haqqında diplomun surətini, eləcə də elmi və elmi-metodik işlərin siyahısını əlavə etməlidirlər.
Sənədlər fevralın 24-dək qəbul olunacaq. Müsabiqədə iştirak etmək üçün sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə universitetin əsas binasında II mərtəbəyə aidiyyəti şöbəyə təqdim olunmalıdır.
шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025