Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-01-2015, 17:44)
Azərbaycanda qiçs ən çox harada yayılıb?

Azərbaycanda İİV-QİÇS infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir. 

 

"Mediatv.az" xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən "Trend"-ə verilən məlumata görə, ölkə üzrə İİV-in ən çox yayıldığı ikinci rayon Haçıqabul, üçüncü rayon isə Astaradır. Siyahıda Lənkəran 4, Sumqayıt 5, Yevlax 6-cı yeri tutur.

Siyahıda ilk yeri tutan Şirvanda 386 nəfər İİV-ə yoluxan insan var ki, onun 311-i kişi, 75-i qadındır. Bu şəhərdə əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 80 900 nəfərdir) 47,7 nəfəri İİV-ə yoluxan insandır.

Hacıqabulda 150-si kişi, 41-i qadın olmaqla, 191 İİV-ə yoluxmuş insan qeydiyyata götürülüb. Bu rayonda əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 69 100 nəfərdir) 27,6 nəfəri İİV xəstəsidir.

Astarada 161 kişi, 44-ü qadın olmaqla, 205 İİV-ə yoluxan insan var. Əhalisinin sayı 101 200 nəfər olan Astarada əhalinin hər 10 min nəfərindən 20,3-ü İİV-li xəstədir.

Siyahıda 4-cü yeri tutan Lənkəranda 353 İİV-ə yoluxan insan var. Onların 284-ü kişi, 69-u qadındır. Burada hər 10 min əhaliyə (əhalisinin sayı 215 800 nəfər) düşən İİV-li xəstələrin sayı 16,4-dür.

Siyahıda 5-ci yeri tutan Sumqayıt şəhərində İİV-li xəstələrin sayı adları qeyd edilən rayon və şəhərdəki xəstələrin sayından çox olsa da, burada əhalinin hər 10 min nəfərinə düşən xəstələrin sayı həmin ərazilərlə müqayisədə azdır. Bu şəhərdə 492 İİV-ə yoluxan xəstə qeydiyyata götürülüb. Onun 395-i kişi, 97-si qadındır. Əhalisinin sayı 325 200 nəfər olan Sumqayıtda əhalinin hər 10 min nəfərinə düşən İİV-li xəstələrin sayı 15,1-dir.

Siyahıda 6-cı yeri tutan Yevlaxda 99-u kişi, 30-u qadın olmaqla, 129 İİV-li xəstə qeydiyyata götürülüb. Əhalisinin sayı 122 300 nəfər olan Yevlaxda əhalinin hər 10 min nəfərindən 10,5-i İİV-li xəstələrdir.

Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

Paytaxt Bakıya gəldikdə, Mərkəzdən bildirilib ki, Bakı əhalisinin sayı çox olduğundan İİV-ə yoluxma göstəricisi çox da yüksək hesab edilmir. Bakıda 903-ü kişi, 239-u qadın olmaqla, 1142 nəfəri İİV infeksiyasına yoluxub. Paytaxt əhalisinin hər 10 min nəfərindən 5,3 nəfəri İİV infeksiyasına yoluxub.

Ölkədə İİV-in ən az yayıldığı ərazilər isə Biləsuvar və Naftalan rayonlarıdır. Biləsuvarda cəmi 7, Naftalanda isə 1 nəfər İİV-ə yoluxan xəstə kimi qeydiyyatdadır.

шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025