Slayd / Təhsil (19-08-2022, 09:08)
Başı milyonluq tenderlərə qarışan ƏMRULLAYEVİN NƏZƏRİNƏ..
Milli Qəhrəman İsgəndər Aznaurovun Şəmkir rayon Kür qəsəbəsindəki 1 saylı orta məktəbin həyətində ucaldılmış büstü acınacaqlı vəziyyətdədir.
Mediatv.az-ın məlumatına görə, Kür qəsəbə sakinlərinin Pravda.az-a ünvanladıqları müraciətdə bildirilib ki, Milli Qəhrəmanın büstünün restavrasiya edilməyə ehtiyacı var.
Aznaurovun adını daşıyan sözgüdən 1 saylı orta məktəbdən saytımıza verilən məlumata görə, büstün vəziyyəti ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib, lakin müraicətlərinin bir nəticəsi olmayıb.
Qeyd: İsgəndər Aznaurov Azərbaycanın Axısqa türk əsilli Milli Qəhrəmanıdır. O, 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi vətənini tərk etməyə məcbur olub. 1990-cı ildə ailəsi ilə birlikdə Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq ordu sıralarına qoşulub. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə ermənilərin 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv edib. Ermənilər onun başına pul mükafatı “oxumuşdular”. Aznaurov "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdu. O, Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv edib. 1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edir. Arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçib, ön cəbhəyə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına şəhid olur.
Topçu İsgəndər kimi tanınan Milli Qəhramınımız Bakının Şəhidlər Xiyabanında dəfn edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024