Slayd / Təhsil (2-08-2022, 11:18)
Transferlərdən pul qazanan İŞBAZLAR... - Nazirlik xəbərdardır, amma...
İyulun 25-dən 31-dək tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi aparıldı.
Qeyd edək ki, tələbələrin köçürülməsi 2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Portal Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə yaradılıb. Ancaq təəssüf ki, bəzi işbazlar bu imkandan öz məqsədləri üçün istifadə edib gəlir əldə edirlər. Belə ki, bəzi kodlaşdırma mərkəzləri, işbazlar hər il köçürülmə zamanı tələbələrə öz “xidmətlərini” təklif edirlər. Ən pisi isə odur ki, kluarlarda onların qanunsuz köçürmələrə qədər əllərinin “girdiyi” danışılır.
Hər il tələbə qəbulu dövründə də iş başında olan bu adamlar dövlət universitetinə qəbul olmaq üçün balı çatmayan tələbələrə hansı özəl ali təhsil müəssisəsinə qəbul olunmasından asılı olmayaraq bir semester sonra onları istədikləri universitetə köçürüləcəyi vədini verirlər. Bəzən belə də olur.
Bu məsələ ilə bağlı, daha bir sual cavabsızdır: bir dövlət universitetində hər hansı ixtisas üzrə tutaq ki, 50 plan yeri olduğu halda, bir semester sonra ora əlavə olaraq necə 10 tələbə qəbul etdirilir?! Digər bir tərəfdən bu tələbəsi azalan universitetin maliyyə sistemini zədələyir, hər hansı fakültədə 200 tələbə üçün hesablamalar aparmış, infrastrukturunu, kadr bazasını buna uyğun qurmuş universitet bir semester sonra sürprizlə üzləşir və tutaq ki, 150 tələbə ilə yoluna davam edir.
Və nəhayət, köçürülmə üçün hər hansı ixtisasa qəbul olmuş tələbələr bir çox sayda tələbənin haqqını əlindən alır, onların yerini tutur və bir semester sonra digər yerlərə transfer olaraq, tutduğu yeri boşaldır, universitetə isə təbii ki, həmin yerə qəbul aoarmağa icazə verilmir.
Bu və digər hallar tələbə köçürmələrində şəffaflığı təmin etmək məqsədilə yaratdığı transfer.edu.az portalının şəffaflığını sual altına qoyur. İnsanların prosesin şəffaf şəkildə həyata keçirilməsinə inamını azaldır.Mediatv.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında deyib ki, bəzi işbazlar özlərinə aid sosial platformalarda tələbə köçürmələrinin sanki bunlar tərəfindən həyata keçiriləcəyinə dair məlumatlar yerləşdirirlər.
Transfer.edu.az portalı barədə ətraflı məlumatı olmayan bəzi valideynlər, tələbələrdə də köçürülmək üçün onlara müraciət edirlər. Hətta bəzi insanlar bu işbazlara son ümid yeri kimi baxır, övladının arzusunda olan universitetə köçürülməsi üçün bu işbazlara istədikləri məbləği artıqlaması ilə verirlər. İnsanlar məlumatsız olduqları üçün bu addımı atırlar. Nəticədə də aldanırlar. İnsanlar köçürmə prosesi üçün bu işbazlara xeyli miqdarda vəsait ödəyirlər. Halbuki tələbələrin köçürülməsi prosesi tamamilə ödənişsizdir:
“Düzdür, elə tələbə və valideyn var ki, köçürülmə qaydalarını tam dəqiqliyi ilə bilmir. Bu səbəbdən də köçürməni edə bilmirlər. Bunun üçün də onların qanuni şəkildə fəaliyyət göstərən mərkəzlərə müraciət etməsi normaldır. Bu mərkəzlər də cüzi bir xidmət haqqı müqabilində köçürülmə prosesi üçün müvafiq sənədləri portala daxil etməklə valideynlərə köməklik etmiş olur. Ancaq tələbə və valideynləri aldadıb bu xidmət üçün onlardan xeyli miqdarda vəsait almaq qanunsuzluqdur, dələduzluq əməlidir. Belə insanlar bu qanunsuz əməllərinə görə, məsuliyyətə cəlb olunmalıdırlar”.
Elçin Əfəndinin dediyinə görə, bu işbazlar insanlarda elə təəssürat yaradırlar ki, sanki portal vasitəsilə köçürülmələrin ödənişsiz, şəffaf şəkildə həyata keçirilməsi məsələsi mifdən başqa bir şey deyil:
“Bəzən elə olur ki, tələbə transfer qaydalarını düzgün yerinə yetirə bilmədiyi üçün köçürülmə baş tutmur. Ancaq işbazlar qaydaları yaxşı bildikləri və köçürülmə prosesini düzgün şəkildə icra etdikləri üçün alınır. Nəticədə də tələbə və valideynlər elə zənn edirlər ki, müəyyən vəsait ödəmədən köçürülmənin baş tutması mümkün deyil. Buna görə də bəzi valideynlər adam tapım, pul verim uşağı köçürtdürüm prinsipi ilə məsələyə yanaşır. Halbuki proses transfer.edu.az portalı vasitəsi tamamilə şəffaf şəkildə həyata keçirilir”.
Ekspert bildirib ki, məsələdən Təhsil Nazirliyi də xəbərdardır: “Nazirlik köçürmələrdə şəffaflığı təmin etmək məqsədilə yaradılan transfer.edu.az portalından bəzi kodlaşdırma mərkəzləri və işbazların gəlir əldə etmək üçün istifadə etdiyini bilir. Ancaq nazirlik bunun qarşısını ala bilmir. Çünki bu işbazlar gizli şəkildə fəaliyyət göstərir və heç bir dəlil, sübut, iz buraxmırlar. Hesab edirəm ki, məsələ ilə bağlı müvafiq tədbirlər görülməlidir. Düzdür nazirlik bu sahədəki neqativ halları aradan qaldırmaq üçün bir sıra addımlar atıb. Ancaq bir nəticə olmayıb. İşbazların bu qanunsuz əməli, dələduzluğu hüquq mühafizə orqanları səviyyəsində araşdırılmalı və onlar cəzalandırılmalıdırlar”.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, son illər təhsil sahəsində həyata keçirilən mühüm islahatlardan biri tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsinin elektron qaydada təşkilidir. Bugünədək yüzlərlə tələbə transfer.edu.az portalı vasitəsilə köçürülmə edib.
Proses doğurdan da şəffaf şəkildə həyata keçirilir:
“Amma təssüflər olsun ki, bəzi insanlar prosesin şəffaflığına inanmadıqları üçün “adam tapım uşağımı köçürtdürüm” deyib vasitəçi axtarmağa çalışırlar. Nəticədə də işbazların qurbanına çevrilirlər. Həmin şəxslər il boyu bu prosesin başlanmasını gözləyirlər. Özlərini bu işin bilicisi kimi təqdim edir, valideynləri inandırmağa çalışırlar ki, köçürülməni yalnız onlar edə bilərlər. Sanki portalın idarəçiləri bunlardır. Əslində, asan olan bu prosesin çətin olduğunu qabardaraq gördükləri “işin” qiymətini qaldırırlar”.
Ekspertlərin fikrincə, insanları işbazların torundan xilas etmətin yeganə yolu maarifləndirmədir. İnsanlara köçürülmə prosesi barədə nə qədər çox məlumat verilsə onlar da bu işdə aldanmazlar.
Məsələn, əksəriyyət bilmir ki, tələbə ödənişsiz təhsil alırsa, köçürmədən sonra bu hüququ itirir, yən yalnız ödənişli əsaslarla təhsil ala bilir. Və ya başqa bir məsələ - köçürmədən sonra fərq imtahanlarının yaranması qaçılmazdır – çünki təhsil standartları eyni olsa da tədris proqramlarını universitetlər özləri müəyyən edir.
Məsələ ilə bağlı münasibət öyrəndiyimiz Təhsil Nazirliyindən isə bildirildi ki, artıq 6 ildir ki, tələbələrin köçürülməsi elektron formada transfer.edu.az portalı vasitəsi həyata keçirilir. Lakin bundan məlumatsız olan insanlar da var. İnsanlar tələbə köçürmələrinin portal vasitəsilə, heç bir ödəniş olunmadan həyata keçirildiyini bilmirlər. Bu səbəbdən də aldadılırlar.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu sistem operativlik və şəffaflığa xidmət edir. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanın bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrə şamil edilir. Lakin tələbələrin köçürülməsi yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci və ikinci kursda köçürülməyə icazə verilir. Köçürülmə prosesində iştirak etmək üçün tələbələrdən təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd, akademik transkript, təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport), ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd, köçürülmə səbəblərini təsdiq edən sənəd. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər, təhsil haqqı borcunun olmamasına dair arayış tələb olunur. Köçürülmə meyyarlarına uyğun gələn və bütün lazımi sənədləri qaydasında olan tələbələr portal vasitəsilə uğurla köçürülməni həyata keçirə bilərlər. Bunun üçün onlardan heç bir vəsait tələb olunmur. Köçürülmə portal vasitəsilə həyat keçirildiyi üçün prosesə hər hansı bir kənar müdaxilənin olması mümkün deyil.
Ümid edək ki, belədir. Və ya belə deyilsə, dəllallar müəyyən edilərək cəzalandırılacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024