Slayd / Araşdırma (7-07-2021, 12:33)
Qaxın bir nömrəli düşməni...
Əslən Qaxdan olan müğənni Vüqar Muradov da icra başçısının Şəhid ailəsinə qarşı davranışına səssiz qalmayıb. Bu barədə özünün Facebook səhifəsində paylaşım edən müğənni Vüqar Muradov icra başçısını qaxlıların 1 nömrəli düşməni adlandırıb.
Qeyd edək ki, müğənni Vüqar Muradov 44 günlük Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanan və Şuşaya qədər gedərək düşmənə qarşı savaşan igid oğullarımızdandır. Müğənni Vüqar Muradovun paylaşımını olduğu kimi təqdim edirik
“Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Zərrə qədər kişliyin qalıbsa ərizəni yaz bas bayıra. Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur. “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.”
Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.
[/b]
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024