Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd (3-06-2014, 10:01)
Qəbələ: iqtisadiyyat və sosial sahədə vəzifələr uğurla icra olunur

Qəbələ: iqtisadiyyat və sosial sahədə vəzifələr uğurla icra olunur

 

 

Mayın 7-də Qəbələ rayonunun idarə, müəssisə və təşkilat rəbərlərinin toplaşdığı Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin mərkəzdəki büstünün qarşısına gül dəstələri qoymuş, sonra onun həyatının müxtəlif anlarını və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış oldular. Brifinq zalında çıxış edən natiqlər ümumilli liderin siyasi fəaliyyəti – ölkədə apardığı siyasi-hüquqi, sosial-iqtisadi islahatlar, dövlət həyatının bütün sahələrini əhatə edən demokratikləşmə prosesləri, milli dövlətçiliyin və müstəqillyiin qorunub saxlanılması, Azərbaycanın demokratik imicinin beynəlxalq arenada yüksəldilməsi, transmilli iqtisadi layihələrin ggerçəkləşdirilməsi, milli birliyə və vətəndaş həmrəyliyinə nail olunması istiqamətində gördüyü uğurlu işlərin onun şərəfli həyatının qısa mündəricəsi olduğunu bildirmiş, Heydər Əliyev siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulamışlar.

Xatırladaq ki, Qəbələdə təqvimin artıq əlamətdar gününə çevrilmiş -10 May Gül bayramı ilə əlaqədar silsilə tədbirlər sırasında rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda dəyirmi masanı, Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovanın  təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən dəyirli masanı və başqa tədbirlərin əhəmiyyətini də qeyd etmək lazımdır.

Heydər Əliyev siyasi kursunun və iqtisadi strategiyasının uğurla davam etdirilməsi sayəsində ölkəmizdə gedən tərəqqi, proseslərindən Qəbələ rayonuna da pay düşmüşdür. Qəbələdə sosial-iqtisadi inkişaf sürətlənmiş, geniş, yaraşıqlı asfalt yolları salınmış, turizm inkişaf etdirmək

məqsədilə çoxlu sayda yeni istirahət mərkəzləri tikilib istifadəyə verilmiş və tikintisi davam etdirlir.

 

Mədəniyyət və turizm prioritet sahə hesab olunur

 

Rayonda 2014-cü il aprel ayının 1-i vəziyyətinə 1 mədəniyyət evi, 26 kitabxana, 1 xalq teatrı, 31 klub, 4 mədəniyyət və istirahət parkı, 3 muzey fəaliyyət göstərmişdir. Rayonda 93 mədəniyyət abidəsi və 1 dövlət qoruğu vardır. abidələrin 61-i dövlət əhəmiyyətlidir. Qəbələ rayonunun turizm sektoru təbət mənzərələri, tarixi abidələri, mədəniyyət ocaqları, çox müasir turizm kompleksləri baxımından zəngin imkanlara malikdir. Rayonun tarixi yerləri rayona gələn turistləri özünə cəlb edir. gözəl təbiəti, heyranedici mənzərələri olan bu yer qonaqlarda böyük təəssürat oyadır. Məhz buna görədir ki, rayonda turizmin inkişafına xeyli diqqət yetirilmişdir. 2003-cü ildə rayonda cəmi 3 turizm obyekti vardırsa, indi bunların sayı 5 dəfə artaraq 15-ə çatmışdır. Bu turizm məkanlarında yerlərin sayı 623-ə çatdırılmış, yaxud 6 dəfə artmışdır. Rayonda dünya standartlarına cavab verən böyük bir turizm kompleksi tikilib istifadəyə verilmişdir.

 

Maliyyə resurslarından təyinatı üzrə və səmərəli istifadə olunur

 

Dövlətimizin başqa ölkələrə nümunə ola biləcək maliyyə siyasəti Qəbələ rayonunda da uğurla həyata keçirilir. Məlum olduğu kimi, dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsinə xidmət edib.Maliyyə mütəxəssisi Namiq Ağayevin rəhbərlik etdiyi Qəbələ rayon Maliyyə İdarəsi bu və digər vəzifələri layiqincə yerinə yetirir. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir. Rayon Maliyyə İdarəsinin ekspertləri üçün müəssisə və təşkilatlara bu vəzifənin yerinə yetirmələri üçün köməklik göstərir, büdcə qanunvericiliyinin və dövlət satınalmaları haqqında qanunun tələblərinin dürüst yerinə yetirilməsinə nəzarət edirlər.

 

Dövlətin məqsədyönlü sosial siyasəti Qəbələ rayonunda da öz müsbət nəticələrini verməkdədir

 

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti Qəbələ rayonunda da öz müsbət nəticələrini verməkdədir və vətəndaşların maddi rifah halının davamlı olaraq yüksəlməsinə gətirib çıxarmaqdadır. Azərbaycanda vətəndaşlar üçün məlumatların asan və şəffaf qaydada əldə edilməsinə xidmət edən «Elektron hökumət»in qurulması istiqamətində bir çox işlər görülmüşdür və bu işlərin tərkib hissəsi kimi ölkəmizdə sığorta-pensiya sistemində müasir İKT geniş tətbiq olunmaqdadır. Bu məqsədlə rayon şöbələrində «İncə müştəri» sistemi və «1 işçiyə 1 kompüter» prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılmışdır. Fondun Qəbələ rayon şöbəsində də əhaliyə, xüsusilə yaşlı insanlara xidmət üçün hər cür şərait yaradılmışdır. Rayon Şöbəsində sığorta-pensiya sistemində vətəndaş-məmur kontaktının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanan işlər başa çatdırılıb. Rayonda işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığorta olunanların uçota alınması məsələləri şöbə işçilərinin qarşısıda duran əsas vəzifədir ki, bunun da öhdəsindən layiqincə gəlinir.

 

Tədris ili uğurlu göstəricilərlə başa çatacaqdır

 

Təcrübəli pedaqoq Oqtay Hacıyevin rəhbərlik etdiyi Qəbələ rayon təhsil şöbəsinin tabeçiliyində  4 ibtidai, 11 əsas və 53 orta məktəb fəaliyyət göstərir. Qəbələ rayonunda cari dərs ilində fəaliyyət göstərən 68 ibtidai, əsas və orta məktəblərdə 16235 nəfər şagird təhsil alır. 2330 müəllim bu şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Bu məktəblərdə şagirdlər 485

kompyuterdən istifadə edir. Rayonda 22 məktəbəqədər uşaq müəssisəsi vardır ki, bunlarda da uşaqların sayı 780 nəfərdir. Rayonda fəaliyyət göstərən peşə təhsili məktəbində 408 nəfər gənc 8 ixtisas üzrə təhsil alır. Bu gənclərin təlim-tərbiyəsi ilə 15 nəfər müəllim və 13 nəfər istedadlı usta məşğul olur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan tədbirlərdə rayonun təhsil ictimaiyyəti də fəal şəkildə iştirak edir, bir çoxunu isə Təhsil Şöbəsi özü təşkil edir. mayın 8-də RTŞ və rayon Gənclər-İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərindəki 1 nömrəli tam orta məktəbdə bu münasibətlə keçirilən bilik yarışında rayon məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. Əsasnaməyə uyğun olaraq şagirdlərin komanda şəklində iştirak etdikləri bu yarışda məktəblilərin Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat, həndəsə, coğrafiya, fizika, biologiya və kimya fənləri üzrə bilikləri yoxlanılmışdır. Yarışda rayonun 17 məktəbini təmsil edən komandalar iştirak etmiş, onlardan 4 komanda finala vəsiqə qazanmışdır. Finalda Qəbələ şəhər 1 nömrəli orta məktəbinin komandası birinci Həmzəli kənd məktəbinin kollektivi ikinci və şəhər 4 nömrəli məktəbinin komandası üçüncü yerlərə layiq görülmüşlər. Bilik yarışında qalib gəlmiş komandaların üzvlərinə diplom və xatirə hədiyyələrə təqdim olunmuşdur.

Bütün gözləntilər, müşahidə olunanlar belə proqnoz etməyə əsas verir ki, 2013-2014-cü tədris ili də uğurlu göstəricilərlə başa çatacaq, Qəbələ məktəblərinin məzunlarının ali məktəblərə qəbul göstəriciləri artacaqdır.

 

Əhalinin tibbi müayinəsi uğurla həyata keçi\rilib

 

2014-cü il aprel ayının 1-i vəziyyətinə rayonda 6 xəstəxana, bu xəstəxanalarda 330 çarpayı, 36 tibb və feldşer-mama məntəqəsi, 9 ambulator poliklinika müəssisəsi, cəmi 51 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 178 həkim, 461 orta tibb işçisi çalışır. Rayonda əhalinin hər 10000 nəfərinə 18,8 həkim, 48,6 nəfər tibb işçisi düşür.Sabir Bayramovun rəhbərlik etdiyi Rayon Mərkəzi Xəstəxanası əsaslı şəkildə təmir edilmiş, bütün müasir avadanlıqlarla təmin edilmişdir. Rayonda müasir standartlara cavab verən böyük Regional Müalicə Diaqnostika Mərkəzi və onun ətrafında müasir standartlara cavab verən istirahət parkı fəaliyyət göstərir. Son illərdə rayonda xəstəliyin 33 faizi diabet, 25 faizi yeni törəmə bədxassəli, 18 faizi qan və qan çatışmazlıqları, 4 faiz vərəm, 16 faizi talassemiya, qalan 6 faizi isə digər xəstəliklər olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinəsi uğurla həyata keçirilib. Qəbələ rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 17-dən başlayan dispanserləşdirmə işləri mayın 1-dək başa çatdırılmışdır. Bu məqsədlə rayonda hər cür şərait yaradılmış, tibb ocaqları lazımi avadanlıqla təchiz edilmişdi. Müayinələr rayon Mərkəzi Xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilmişdir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə etmiş, zərurət yarandıqda onlar müalicəyə cəlb olunmuşlar. Əhalinin müayinəsi ilə bağlı ərazilərdə 60 həkim briqadası fəaliyyət göstərmişdir.

 

Meşələrin mühafizəsi və bərpası tədbirləri daim diqqət mərkəzində saxlanılır

 

Qəbələ respublikamızın zəngin meşə örtüyünə malik rayonlarındandır. Qəbələnin meşə və düzləri təbii landşaftdan asıl olaraq müxtəlif heyvan və quş növləri ilə zəngindir. Bunlardan nəcib maral, dağ keçisi, dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi, dələ, yenot, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi və s. heyvanları, Qafqaz uları, soltan toyuğu, qırqovul, kəklik, turac, bağ toyuğu, çölgöyərçini, qartal, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək və s. bu yerlərin sakinidir. Rayonun cənub sərhəddi Türyançay, şərq sərhəddi isə İsmayıllı dövlət təbiət qoruqları ilə həmsərhəddir. Bununla yanaşı, Qəbələnin əsrarəngiz təbiətini qoruyub saxlamaq məqsədilə 1993-cü ildən rayonun Vəndam, Dəmiraparan, Həmzəli, Bum və Qaraçay

hövzələrində, eləcə də Əlvan dərəsi ərazisində 39680 hektar sahədə Qəbələ Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır. Hər il yaz və payız aylarında plana uyğun olaraq onlarla hektar ərazilərdə yeni mədəni meşəliklər salınır. Dövlət Meşə Fondunun torpaqlarında palıd qozalarının səpini aparılır, qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan on minlərlə ting əkilir.Abdulla Kərimovun rəhbərlik etdiyi Rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin kollektivi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

MMBM-nin əməkdaşları dövlət meşə fondunun ərazisində meşə materiallarının qanunsuz əldə edilməsi və sayılması hallarının qarşısını almaq üçün vaxtaşırı reydlər keçirir. Qeydə alınmış faktlarla bağlı cavabdeh şəxslərin məsuliyyəti müəyyənləşdirilir, meşə təsərrüfatına ziyan vuran təqsirkarlar tərəfindən zərərin ödənilməsi təmin edilir. Yanğından mühafizə məqsədilə tədbirlər görülür, təbii bərpaya köməklik tədbirləri həyata keçirilir.

 Qəbələdə rabitə xidmətinin keyfiyyəti artırılır

 

Qəbələdə rabitə xidmətinin keyfiyyətinin yüksək olması sahəsində son vaxtlar geniş zolaqlı işlər görülüb. Belə ki, Şahin müəllimin rəhbərlik etdiyi Qəbələ Telekommunikasiya Qovşağının xidməti ərazisində rayonun bütün kəndləri tam rabit əilə təmin edilib. Rayon üzrə hər 100 təsərrüfata düşən telefon abunəçilərinin sayı 53-ü keçib. 2014-cü ilin birinci rübü ərzində rayonun rabitə müəssisələri tərəfindən 2568 min manatlıq rabitə xidməti göstərilmişdir. Rüb ərzində Qəbələ rayonunun rabitə müəssisələrində 158 nəfər işçi çalışmışdır. Onların orta aylıq nominal əmək haqqı 279,0 manatdır. 2014-cü ilin I rübü ərzində rabitə sahəsində çalışan işçilərə 4282 manat sosial xarakterli ödəmə verilmişdir. ATS-lər üzrə nömrələrin ümumi tutumu 11980-ə, əsas telefon aparatlarının sayı 11719 nömrəyə, evlərdə olan telefon aparatlarının sayı 10813 nömrəyə çatdırılmışdır. Bundan başqa, internetə çıxışı olan müəssisələrin sayı 130-a, internetə qoşulan kompüterlərin sayı 2430-a çatmışdır.

Qəbələnin bütün kəndlərində müasir rabitə şəbəkəsi yaradılır. Bununla da rayonun bütün kəndlərində keyfiyyətli rabitə xidməti ilə yanaşı, əhalinin müasir multimedia xidmətlərinə çıxış imkanları təmin edilir. Müasir texnologiya əsasında tamamilə yenidən qurulan rayon rabitəsinin inkişafının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ rayon İcra Hakimiyyətinin yeni inzibati binası analoqu olmayan texnologiyalarla təchiz edilib. Buradan rayon ərazisində nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır.

Qəbələdə kənd şəbəkəsinin birləşdirici xətlərinin optik kabellərəl əvəzlənməsi vətəndaşların keyfiyyətli, müasir, rabitə və internat xidmətləri ilə təmin edilməsi ilə yanaşı, respublika üzrə ən böyük dairəvi rabitənin yaradılmasına da şərait yaranır.

Qəbələ rabitəsi TAE xəttinə Ağdaş istiqamətində qoşulub. Sözügedən layihənin reallaşması ilə rayonda üç istiqamətdə rabitə yaranmış olacaq. Bununla İsmayıllı, Oğuz rayonları da alternativ rabitə ilə təmin ediləcək.

***

 

Çox hörmətli cənab Səbuhi Abdullayevin başçılıq etdiyi Qəbələ Rayon İcra Hakimiyyəti 2013-cü ildə və 2014-cü ilin birinci rübündə əldə edilmiş uğurları daha da genişləndirmək üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrini, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi istiqamətində lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024