Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (5-05-2023, 13:18)
ADAU-da peşəkar kadrlar niyə təqib olunur?

 






Redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq Əlaqələr Şöbəsinin sabiq müdiri, t.e.f.d Məmmədova Küşvər Qalib qızına qarşı universitet rəhbərliyi tərəfindən edilən haqqsızlıqla bağlı məlumatlar daxil olub.

Məlumatlarda o da qeyd edilir ki, yaradılmış preblemlə bağlı Küşvər xanımın anası Usubova Mehrubə xanım da zaman-zaman müxtəlif instansiyalara məktublar ünvanlayıb…

Məlumatda bildirildiyinə görə, Küşvər Məmmədova xaricdə yüksək səviyyədə təhsil alıb, peşəkar kadrdır və 3 dili mükəmməl bilir… Məlumatda daha sonra əlavə olunur  ki, bu fərqliliklərinə baxmyaraq, Küşvər Məmmədova ADAU-nin Ümumi İşlər Üzrə prorektoru, rektor əvəzi Zəfər Qurbanov tərəfindən əsassız olaraq təqib olunur, “könüllü olaraq” vəzifəsindən uzaqlaşmasına məcbur edilib.

 Həmçinin bu məsələdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Emin Aliyev və Bəxtiyar Nəsibovun da müstəsna rolları qeyd edilir. (Bununla bağlı əyani sübutlar da var. Red.)

Biz Yenixeber.org olaraq bu məlumatlarda yer alan iddialarla bağlı ADAU-indən də, Kənd Təsərrüfatı Nazirliyindən də açıqlama almaq istədik. Bu istiqamətdəki bütün cəhdlərimiz nəticəsiz qaldı… ADAU-nin saytında yer alan üç elektron poçtun hər birinə məlumat göndərdik, Nazirliyin Röyalə adlı xanım əməkdaşı ilə isə 2 dəfə telefonla danışdıq, günlərdir ki, heç bir cavab ala bilmirik(?)

Qarşıdakı günlərdə bu məlumatlar əsasında, müəyyən araşdırmalarla geniş yazı hazırlayacağıq.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024