Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (21-04-2023, 13:30)
Qida Sənayesi kollecində 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?

 





Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Qida Sənayi kollecinin hüquqşünası Aynurə Muradova deyir ki, imtahanlarda köçürmələrlə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşandan sonra işində problem yaranıb.

"Eyni gündə mənə saxta xəbərdarlıq və töhmət verdilər. Şərt kəsdilər ki, xəbər saytlarında imtahanlada rüşvətin olmamasını bildirim və rəhbərlikdən üzr istəyim. Razılaşmadığıma görə məni işdən çıxarırlar”, – hüquqşünas deyir.

Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib.

"Görüntüləri yanvarın 25-də, səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan vardı. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar”, - Muradova bildirib.

Şikayətçi deyib ki, kollecin direktoru Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva şikayətlərdən sonra onunla ədavət aparır.

Onunla bağlı keçirilən iclasa İqtisad Universitetinin nümayəndəsi də gəlib və o da kollecin rəhbərliyini müdafiə edib: "İşçiləri üzümə durmağa məcbur edirlər, məni şərləməyə çalışırlar. Mənə iki həftə vaxt vermişdilər, çünki məhkəmədən əvvəl Mediasiya Şürasında görüş keçirilməlidir”.

Şikayətçi qeyd edib ki, kollecdə baş verənlərlə bağlı universitetin rektoru Ədalət Muradova müraciət edib, lakin dəfələrlə cəhd etməsinə baxmayaraq rektorla görüşə bilməyib.

Güman edir ki, onunla bağlı ya rektora düzgün məlumat çatdırılmır, ya da Muradovun kollecdə baş verənlərdən xəbəri yoxdur: "Eşitdiyimə görə rektora deyiblər ki, mən psixi xəstəyəm, problemlərim var. 19 ildir müəllim işləmişəm. 4 ildən artıqdır ki, bu kollecdə çalışıram. Kollecə fəxri fərmanlar və xasiyyətnamə ilə işə qəbul ediblər. Müəllim işlədiyim müddətdə nəinki töhmət, hətta xəbərdarlıq belə almamışam”.

A.Muradova söyləyib ki, imtahanlarda baş verən proseslərlə bağlı müraciətləri nəticə vermədiyindən rüşvət və köçürülmə hallarını sübut etmək üçün video-çəkiliş aparıb.

Amma Muradova hesab edir ki, onunla rəhbərlik arasında münasibət tək bu halla bağlı deyil. Bundan əvvəl də tədris müəssisəsinin acınacaqlı vəziyyəti, müəllim otağı, tualetin bərbad vəziyyətdə olması ilə bağlı şikayətlər edib.

Rektorun adına məktub yazaraq rəhbərliyin dəftərxana və təsərrüfat xərcləri adı altında kollecin büdcəsini talan etməsini bildirib. Bununla bağlı sənədlərin surətini rektorluğa göndərib: "Müəllim otağı təmir edildi, ayaqyolunun qapısı dəyişdirildi. Amma rəhbərlik mənimlə ədavətə başladı. Ədalət Muradovun şəxsi "Facebook” səhifəsindən məni blok ediblər ki, şikayətimi ora yaza bilməyim. Sosial şəbəkələrdə haqqımda olmazın sözlərini yazırlar”.

Muradov deyib ki, xəbərdarlıq və töhmət ləğv edilməsə məhkəməyə müraciət edəcək: "Məni aprelin 4-də töhmətlə işdən çıxaracaqdılar, guya ki, işçiləri təhqir etmişəm. Onların dedikləri ilə razılaşsam, haqlı olduğum halda yalan danışmalı olacam. Əks halda da şiddətli töhmətlə işdən çıxarılıram, heç vaxt dövlət işində işləyə bilməyəcəm. Çıxılmaz vəziyyətdəyəm”.

A.Muradova ölkə prezidentinə, vitse-prezidentə, elm və təhsil nazirliyinə müraciət edib. Bildirib ki, onların şərti ilə razılaşmadığından əmək fəaliyyəti ləkələnərək işdən çıxarılır. Halbuki kollecdə yoxlama apararaq dedklərində haqlı olduğunu üzə çıxara bilərlər.

Mediasiya Şurasında tərəflər arasında razılıq əldə olunmayıb.

Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, Aynurə Muradova ilə bağlı ilkin və tam məlumatın əldə olunması üçün Qida Sənayesi Kollecinə müraciət edilməlidir.

Qida Sənayesi Kollecindən isə Muradovanın ittihamlarını yalanlayıblar.
//Meydan TV//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024