Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (2-01-2023, 09:26)
Naxçıvan Universitetinin müəllimləri etiraza hazırlaşır?

 
""Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır". Bu sözləri Naxçıvan Universitetinin müəllimi Amar Hüseynov özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır:
"Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur.
2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir".
Amar Hüseynov bu məsələni Naxçıvanda aparılan islatların indiki məqamında xatırladır. Müəllim demək istəyir ki, Bakıdan gələn adamlar bu mesələni unutmamalıdır. Yəni görüləcək çox işlər var. Onlardan biri də İsmayıl İsrafil oğlu Əliyevin öz görəvinə qaytarılmasıdır. Xalq gözləyir ki, Ədalət zəfər çalacaq.

İsmayıl müəllim haqqında çoxları yüksək fikirdədir. Məsələn, Mehdi Kazımov da onun haqqında geniş məlumat verib:

"Mən İsmayıl müəllimi şəxsən tanıyıram. Mədəni, çox savadlı bir müəllimdir. Əsil müəllimdir. Mənə Pedoqogika dərsi deyib. İsmayıl Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmiş, 1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1972-1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir. 1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur. "Naxçıvan" Universitetinin ilk rektoru olmuşdur. Ədalətə ehtiyac var".
//SHERG.AZ//

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024