Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-08-2022, 16:01)
Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib.

Mediatv.az-ın əldə etdiyi məlumata görə, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178 və 308-ci (dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən iş adamına hökm oxunub. Məhkəmə həbsdə saxlanılan Fariz Nuriyevin 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Naxçıvan MR Babək rayonu Nehrəm kənd sakini olan 1973-cü il təvəllüdlü Fariz Nuriyev Rüstəm adlı şəxsin şikayəti əsasında həbs edilib. Belə ki, vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək "MEGA City Holding" MMC-nin tikdiyi çoxmərtəbəli binadan 49 min manat verərək ev aldığını, sonradan həmin evdə başqasının yaşadığını öyrəndiyini bildirib. O, pulları şəxsən Fariz Nuriyevə verdiyini bildirib.

Hökmdən 9 gün əvvəl, yəni avqustun 9-da o həbs edilib.

Məhkəmədə tərəflər arasında barışıq əldə edildiyi bildirilib.

Qeyd edək ki, şirkətin baş ofisi "Avesta" binasında yerləşir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026