Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-06-2022, 14:06)
Prezidentlər Daşkənddə Heydər Əliyev Meydanının açılışını etdilər - Foto

 İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Mediatv.az xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslər çıxış ediblər.

Dövlət başçıları memorial kompleksin açılışını etdilər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoyublar.
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025