Siyasət (18-06-2022, 12:36)
Ukrayna ərazisi Rusiyanı çökdürmək üçün yaxşı arenadır - Ekspert danışır

BMT-nin humanitar böhranla bağlı hesabatını xatırladan Lavrov Rusiyanın vəziyyətinin parlaq olmadığını, lakin kim olduqlarını göstərməkdən çəkinmədiklərini bildirib. Qeyd edək ki, 18 il Rusiyanı beynəlxalq səviyyədə təmsil edən Lavrovun özü və qızı Qərbin sanksiyaları altındadır. Mediatv.az-ın məlumatına görə, politoloq Azər Qasımov “Şərq”ə deyib ki, Rusiyaya qarşı loyal olan Almaniya, Fransa, İtaliya kimi ölkələr Avropanın aparıcı gücləridir. Ekspert bildirib ki, onların bir güc kimi meydana çıxmasında Rusiyanın rolu böyük olub:
“İkinci Dünya müharibəsindən sonra meydana gələn yeni güc tarazlığında Almaniyanın bir hissəsi xaric olmaqla bu ölkələr NATO-ya üzv seçiliblər. Lakin Rusiyanın həm kəşfiyyatı, həm də hərbi qüvvələri üç NATO ölkəsinin siyasi arenasında əhəmiyyətli rol oynayıb. Bu rol sovet ittifaqı dağılandan sonra formasını dəyişərək yumşaq gücə çevrilib. İqtisadi maraqların daha çox önə çıxdığı hal alıb. Rusiya Avropa İttifaqının enerji daşıyıcıları ilə təminatında əsas aktyor olub. Yeri gələndə bu hegemonluğunu siyasi güc kimi istifadə edərək onlara təsir edə biləcək hala gətirib. Tədricən, həmin ölkələrin siyasət dünyasında Rusiyaya loyal qüvvələr formalaşıb və rusyönlü siyasətçilər kimi tanınıblar. Həmin siyasətçilərin arenada qalması böyük ölçüdə Rusiya ilə bağlıdır. Bu durumda onların Rusiyanı ayaqda saxlamaq təşəbbüsləri anlaşılandır. Rusiya yoxdursa, onlar da yoxdur”.
A.Qasımova görə, Böyük Britaniya hər zaman müstəqil beyin mərkəzi rolunda çıxış edib: “Böyük Britaniya tarixən imperiyalar yıxan, yeni dövlətlər yaradan ölkə olub. Ən böyük təhlükənin Londondan gəlmə ehtimalı Rusiyanı narahat edir. Ukrayna ərazisi Rusiyanı çökdürmək üçün yaxşı arenadır. Rusiya özü-öz ayağı ilə bu tələyə düşüb və London bu fürsəti əldən qaçırmaq istəmir. Moskva tələyə düşdüyünü Ukraynaya hücumun ilk günlərində qarşılaşdığı müqavimətdən anladı, amma artıq gec idi. İndi nə irəli gedə bilir, nə də yarımçıq geri çəkilir. Bir-iki kiçik şəhər uğrunda aylardır itki verərək döyüşür. Böyük Britaniya da onun zəif yerini tutub. Çırpına-çırpına qalan Rusiyanın əli Londona çatmır. Çünki Rusiyanın əlində Böyük Britaniyaya qarşı heç bir təzyiq mexanizmi yoxdur”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025
25 06 2025