Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-06-2022, 21:39)
Lavrov Bakıya niyə gəlir?

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Bakıya səfər edəcək. Onun Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə görə Lavrovun ismi də sanksiya tətbiq olunanlar siyahısındadır. Lavrov bu səbəbdən artıq Avropa ölkələrinə səfər edə bilmir, hətta onun təyyarəsi Rusiyaya dost ölkə hesab edilən Serbiya paytaxtı Belqrada enə bilmədi.
Mediatv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun 23 iyunda Bakıya nəzərdə tutulan səfəri haqda qeyd edib.
O bildirib ki, Sergey Lavrov bir müddət öncə Türkiyəyə səfər etmiş, oradan isə İrəvana keçmişdi:
“İndi növbə Bakınındır. Bununla Lavrov yəqin, Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə edir.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremli hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir. Buna baxmayaraq, Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur – Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir. Halbuki Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz.
Sergey Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək. Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev IX Bakı Qlobal Forumunda çıxışı zamanı Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr bəyanatına zidd olaraq dəhlizin açılmasını ləngitdiyini, yenidən “Dağlıq Qarabağın statusu” mövzusundan danışdığını bildirdi. Kreml öz vasitəçiliyi ilə qəbul edilən həmin bəyanatın yerinə yetirilməsini və İrəvanı doğru yola gətirmək üçün heç nə etmir. Lavrov İrəvanda olduğu zaman 2020-ci il 10 noyabr bəyanatındakı bəndlərin yerinə yetirilməsi vacibliyi barədə heç nə demədi.
Lavrov Bakıda da ümumi sözlər deyib geri qayıdacaq. Bunun fonunda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər. Rəsmi Bakı Türkiyə ilə yanaşı ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bölgənin zəif halqası Ermənistandır. İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoqa və əməkdaşlığa başlasalar Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024