Siyasət / Slayd (30-12-2014, 20:35)
Qazandığımız nailiyyətlər əsrin möcüzəsidir`
“Prezident İlham Əliyevin Heydər Əliyev siyasətinə söykənərək Azərbaycana rəhbərlik etdiyi bu 10 ildə əldə olunan nailiyyətlər əsrin möcüzəsidir”.
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən “İnkişafın 10 ili: 2004-2014” adlı konfransda bildirib.
O qeyd edib ki, Azərbaycanın bu 10 ildə keçdiyi inkişaf yolu XXI əsrin ilk onilliyinin möcüzəsi adlandırılır:
“Bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb. Dünyada belə ikinci bir ölkə nümunəsi tapmaq mümkün deyil. Yalnız Azərbaycan buna nail oldu və əsrin ilk on illiyinin iqtisadi möcüzəsini dünyaya təqdim etdi”.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın bu müddətdə artan inkişafı onun beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasına da səbəb oldu: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və digər amillər buna əyani sübutdur”.(Apa)
\