İqtisadiyyat (19-09-2014, 16:10)
Prezident: “Bu gün 21-ci əsrin müqaviləsinə start veririk“
İlham Əliyev Türkiyə ilə qurulan iqtisadi əlaqələrdən danışıb
“Enerji sahəsindəki layihələrimiz təkcə ölkələrimiz üçün deyil, bölgə və digər ölkələr üçün də önəmlidir. Bundan 20 il əvvəl 20-ci əsrin müqaviləsini imzaladıq. Bu gün isə 21-ci əsrin müqaviləsinə start veririk”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş nazir Davudoğlu ilə görüşdə verdiyi bəyanat zamanı deyib.
“Türkiyə-Azərbaycan əsrlərdir bir-birinə dəstək olan iki qardaş xalqdır. İki müstəqil dövlət kimi öz gələcəyimizi birlikdə inşa edirik. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə 20 milyard dollara çatıb”, - deyə İlham Əliyev bildirib.
Qeyd edək ki, bu gün Türkiyə baş naziri Əhməd Davudoğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin birgə keçirdiyi mətbuat konfransından sonra heyətlər arası görüş baş tutub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024